SON XƏBƏRLƏR

İran-Türkiyə qaz kəmərində partlayış olub

2021.10.20, 07:36
İran-Türkiyə qaz kəmərində partlayış olub

Gunaz.tv

GünAz TV: İyulun (July) 29-da İran qazının Türkiyəyə nəql olunduğu boru kəmərində partlayış baş verib.

Bu barədə Trend İranın MEHR xəbər agentliyinə (ajansına) istinadən məlumat verir.

Məlumata əsasən, partlayış nəticəsində İran qazının Türkiyəyə nəqli müvəqqəti dayandırılıb. Hazırda partlayış bölgəsində baş vermiş yanğın söndürülüb, əməliyyat qrupları boru kəmərinin işini bərpa etməyə çalışır.

Həlak olan və yaralananların sayı barədə hələlik ətraflı məlumat daxil olmayıb.

Ötən il ərzində İran-Türkiyə qaz boru kəmərində bir neçə dəfə partlayış baş vermişdi.

İran gün ərzində Türkiyəyə orta hesabla 30 milyon kubmetr (metr mükəəb) qaz nəql edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar