SON XƏBƏRLƏR

2 nəfər “Traxtur” futbol taxımı (timi) tərəfdarı mühakimə olunacaq

2021.10.20, 07:36
2 nəfər “Traxtur” futbol taxımı (timi) tərəfdarı mühakimə olunacaq

Gunaz.tv

GünAz TV: 2011-ci il iyul ayının 30-da (1390-cı il mordad ayının 8-də)  2 nəfər “Traxtur” taxımı tərəfdarının ittihamlarına baxılacaq.

 

Məlumata görə, artıq Tağı Moləvi və Behzad Xudayari cənabları Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə çağırılıblar.

 

Məhkəmədə Tağı Moləvinin ümumi asayişə xələl gətirmək, sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etmək, Behzad Xudayarinin isə ümumi asayişə xələl gətirmək, sistemin əleyhinə təbliğ etmək və sistemə müxalif qrupların xeyirinə fəaliyyət göstərmək kimi ittihamlarına baxılacaq.

 

Xatırladaq ki, adını çəkdiyimiz “Traxtur” futbol taxımı tərəfdarları təhlükəsizlik qüvvələri tərəfindən tutuqlandıqdan sonra 13 gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında həbsdə qalıblar. Onlar mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar