SON XƏBƏRLƏR

Növbəti Yığıncağın ünvanı Savalan Dağı oldu

2021.10.20, 07:36
Növbəti Yığıncağın ünvanı Savalan Dağı oldu

Gunaz.tv

GünAz TV: Savalan Dağının YUNESKO-nun dünya mirası siyahısına salınması məqsədi ilə nəzərdə tutulan yığıncaq, 2011-ci il iyul ayının 28-də (mordad ayının 6-da) baş tutub.

 

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları və Bəsic qüvvələrinin  (hökumət tərəfdarları – yarımsilahlı dəstələr) maneçiliklərinə baxmayaraq yığıncaqda çox sayıda azərbaycanlı fəal iştirak edib. Bəzi məlumatlara görə, iştirakçıların sayı min nəfərdən artıq olub.

 

Yığıncağa Azərbaycanın müxtəlif bölgələri o cümlədən Təbriz, Urmu, Ərdəbil, Tikantəpə (Tikab), Zəncan və ... kimi şəhərlərdən qatılıblar.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri yüksək səslə musiqi yayaraq, mərasimin gedişatına təsir etmək istəsələrdə, iştirakçıların izdihamı və iradəsi buna imkan verməyib.

 

Azərbaycanlı fəallar Mərasimdə çıxışlar edib, şeir oxuyub, milli musiqi səsləndirib və milli şüarlardan ibarət plakatlar sərgiləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar