SON XƏBƏRLƏR

12 nəfər azərbaycanlı fəal ittihamlardan bəraət qazanıb

2021.10.20, 07:36
12 nəfər azərbaycanlı fəal ittihamlardan bəraət qazanıb

Gunaz.tv

GünAz TV: 12 nəfər azərbaycanlı fəal millətçi qrupların xeyirinə təbliğ və sistemə qarşı çıxmaq ittihamlarından bəraət qazanıblar.

 

Azərbaycanlı milli-mədəni fəallar təxminən 1 ay öncə Təbrizin İnqilab Məhkəməsində mühakimə olmuşdular.

 

Sözü gedən 12 nəfərin kimliyi bunlardan ibarətdir:

Əta Kərimi, Ərsalan Zarei, Abdullah Zarei, Sabir Cahani, Səid Cahani, Hüseyn Nəsiri, Murtaza Əvəzpur, Məhəmməd Təbrizi, Yavər Camali, Məhəmməd Məhəmmədlu, Tyıb Lütfi və Mehdi Əjdəri.

 

Xatırladaq ki, adını çəkdiyimiz fəallar həftələrcə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanaları və təknəfərlik kameralarda (sellullarda) saxlanılıb və sorğu-suala tutulublar. sonra  isə onların dosyesi məhkəməyə göndərilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar