SON XƏBƏRLƏR

Ermənilər qaçır: “6 ayda 67 min nəfər ölkəni tərk edib”

2021.10.20, 07:36
Ermənilər qaçır: “6 ayda 67 min nəfər ölkəni tərk edib”

Gunaz.tv

GünAz TV: Ermənistanı tərk edənlərin sayı durmadan artır. Lakin ölkənin Dövlət Miqrasiya (köç) Xidməti isə bu sahədə vəziyyətin o qədər də narahatedici olmadığına təkid edir.

Ermənistanın radiostansiyalarından (radio istqahi) birinə müsahibə verən Miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan deyib ki, o ölkədə emiqrasiyanın (mühacirətin) ümumiyyətə olmadığını inkar etmir: “Miqrsiya var, lakin son illər kəskin dəyişikliklər qeydə alınmayıb”. Onun sözlərinə görə, 2007-ci ildə araşdırma aparılıb və həmin araşdırmaya əsasən, 2002-2007-ci illərdə Ermənistandan 120 min nəfər miqrasiya edib.

Bundan baqşa, Miqrasiya xidmətinin məlumatında qeyd edilir ki, 2008-ci ildə Ermənistanı 23 min nəfər tərk edib və geri qayıtmayıb, 2009-cu ildə bu göstərici 25 min, 2010-cu ildə 30 min nəfər təşkil edib. Cari ilin ilk 6 ayında isə bu rəqəm 67 min nəfər qeydə alınıb.

 Qaqik Yeqanyan miqrasiya göstəricisinin səbəblərini əsasən ölkənin iqtisadi vəziyyəti ilə əlaqələndirib: “Bəli, ölkəni tərk edənlərin sayı artıb”.

Ermənistanın Miqrsiya Xidmətinin təqdim etdiyi rəqəmləri hesabladıqda məlum olur ki, 2008-ci ildən 2011-ci ilin iyul (July) ayına kimi Ermənistanı təxminən 150 min şəxs tərk edib və geri qayıtmayıb. Lakin digər maraqlı məqam isə Ermənistan müxalifətinin açıqlamalarıdır.  

 

 Erməni müxalifəti Dövlət Miqrasiya Xidmətinin məlumatlarının həqiqəti əks etdirmədiyini və ölkəni tərk edib geri qayıtmayan şəxslərin əslində rəsmi statistikadan (amardan) dəfələrlə artıq olduğunu iddia edir. Onlar israr edir ki, həmin rəqəm həqiqətdə 250 min nəfər təşkil edir. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar