Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV: İyulun (July) 27-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı keçirilib.
GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış ediblər.
Öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib:
- Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən bir ay sonra Azərbaycana – doğma vətəninizə səfər edirsiniz.
Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter (mahiyyət) daşıyır, dostluq, qardaşlıq prinsiplərinə (əsllərinə, ilkələrinə) əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir və hörmətli cənab Baş nazirin səfəri zamanı apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq.
Bu gün biz gündəliyimizin, demək olar ki, bütün məsələlərinə toxunduq, geniş fikir mübadiləsi apardıq. Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl perspektivlər (çeşməndaz) var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmışdır. Yeni planlar (tərhlər), yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur (zirsaxt, altyapı) layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq.
Bu gün biz regional (bölgəsəl) məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk.
Bildiyiniz kimi, bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpağından didərgin düşüb və qaçqın-köçkün həyatı sürür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı, genosid törətmişlər. Xocalı genosidi (qoyqırımı) törətmişlər. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Məsələnin həlli üçün əsas beynəlxalq təşkilatlar öz mövqeyini bildirmişlər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi ədalətli qərar və qətnamələr bu məsələnin həlli üçün əsasdır.
Eyni zamanda, bu gün biz bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Türkiyə-Azərbaycan əməkdaşlığının bu sahədəki perspektivləri haqqında danışdıq. Mən fürsətdən istifadə edərək, bu yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir.
Biz bu gün, təbii ki, enerji məsələlərinə də toxunduq. Bildiyiniz kimi, bu əlaqələrin böyük tarixi var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq. Bu həm Türkiyə üçün, həm də Azərbaycan üçün çox vacib olan məsələlərdir, bizim ölkələrimizi daha da sıx birləşdirir. Əminəm ki, gələcək əməkdaşlıq da uğurlu olacaqdır.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer tutur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bu dəmir yolunun tikintisi üçün Gürcüstana təxminən 800 milyon dollar kredit ayırmışdır ki, məsələ tezliklə öz həllini tapsın və gələn ilin sonuna qədər dəmir yolu istifadəyə verilsin.
Bir daha demək istəyirəm ki, bütün sahələrdə bizim aramızda əməkdaşlıq yüksək səviyyədədir. Biz ümid edirik ki, gələcəkdə bu templər saxlanacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edəcəkdir.
Sağ olun.
Daha sonra çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib:
- Hörmətli Prezident, dəyərli qardaşım Əliyev,
Dəyərli mətbuat nümayəndələri!
Əvvəlcə Sizi bu mənalı görüşdə ən səmimi hisslərimlə salamlayıram.
Bildiyiniz kimi, 12 iyun (June) 2011-ci il tarixində biz millət vəkili seçkilərini həyata keçirdik. Ənənəvi olaraq seçkilərdən sonra Türkiyə Respublikasında (Cümhuriyyətində) hakimiyyətə gələn iqtidar ilk səfərlərini ya Azərbaycana, ya da Şimali Kipr (Qıbrıs) Türk Respublikasına edirlər. Bu, bizim ənənəmizdir.
Bu il də biz seçkilərdən sonra 1974-cü ildən bəri 37-ci ildönümünü qeyd etdiyimiz Şimali Kipr Türk Respublikasının müstəqillik mübarizəsinin 20 iyuna təsadüf etdiyi üçün ilk səfərimizi oraya, ikinci xarici səfərimizi bu gün Azərbaycana həyata keçirdik.
Dəyərli qardaşımla təkbətək görüşdə ikitərəfli əlaqələrimizi ətraflı nəzərdən keçirmək fürsətimiz oldu, regional (bölgəsəl) məsələləri nəzərdən keçirmək imkanımız oldu. Xüsusilə, gündəliyimizin əsas maddələrindən biri olan enerji məsələlərini müzakirə etdik. Amma ən önəmlisi, təbii ki, Dağlıq Qarabağ mövzusunu təkrar müzakirə etmək fürsətimiz oldu. Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz – hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik.
Təbii ki, hərbi, siyasi, iqtisadi, ticari, mədəni – bütün bu sahələrdən söhbət gedərkən biz burada öz evimizdə, öz Vətənimizdə olduğumuzu hiss edirik və bunları belə dəyərləndiririk. Bundan sonrakı proses (sürəc) istiqamətində atacağımız addımlar içərisində xüsusilə Türkiyə-Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı da həqiqətən həyəcanla gözlədiyimiz toplantı olacaqdır. Xarici işlər nazirlərimiz öz aralarında görüşməklə ilk addımı atacaq, inşallah, genişmiqyaslı bir toplantını həyata keçirmiş olacağıq.
2010-cu ildə xarici ticarət dövriyyəsi təxminən 2,5 milyard dollar olmuşdur. Ancaq bu ilin ilk beş ayında bu göstərici 1,4 milyard dollara çatmışdır. Bu gedişlə, inşallah, bu ilin sonunda 3 milyard dollara çata bilərik.
Bütün bunlarla yanaşı, Türkiyə-Azərbaycan əlaqələrində təbii qaz xətti, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, inşallah, “Şahdəniz-2” ilə bağlı atılacaq addımlar iki qardaş ölkənin strateji addımı olacaqdır. Bu məsələdə də qardaşımla aramızdakı razılığımız açıq-aşkar ortadadır. Məsələ ilə əlaqədar biz müzakirələr apardıq və enerji nazirlərimiz də fəaliyyətlərini davam etdirəcəklər.
Təbii ki, bütün bununla bərabər hörmətli Prezidentin ifadə etdiyi kimi, həqiqətən Qars-Tbilisi-Bakı dəmir yolu xətti böyük əhəmiyyət kəsb edir. Bunun davamı vardır. Bu, işin ilk mərhələsidir və biz onu daha da irəliyə - Orta Asiyaya çatdırmağı hədəf qoymuşuq. Belə bir hədəf, belə bir böyük layihə, hazırda onun məmnunluq doğuran bir sürətlə həyata keçirilməsi də bizi strateji olaraq bir-birimizə bağlayır. Bunu da ifadə etməyi lazım bilirəm.
Bir az əvvəl dəyərli qardaşımın xüsusilə son dönəmdəki şəhidlərimiz və PKK terror təşkilatı ilə bağlı söylədiyi fikirlərinə görə millətim adından təşəkkür edirəm. Bu, təbii ki, bizim qardaşlığımızın, birliyimizin ən gözəl ifadəsidir. Buna heç kim şübhə etməməlidir. Sadəcə bir ölkədə deyil, əslində, dünyada terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalıdır, birgə mübarizə platformasının formalaşdırılması lazımdır.
Son günlərdə Norveçdəki hadisəni görürük. Yəni bir nəfərin 93 nəfərin həyatına qəsd etməsini sadəcə dəlilik və ya adi bir hadisə kimi dəyərləndirmək yanlışdır. İllərlə islamofobiya deyə ortaya çıxanlar, buna əhəmiyyət verməyənlər hazırkı hadisələr qarşısında hələ də deyilməli olanları deyə bilmirlər. Məsələni nə qədər gizlədirlər gizlətsinlər, bu, onu göstərir ki, baş verənlər onların korazehinliyinin əvəzidir. Bəlkə orada bizim də bir qızımız həlak oldu. Dünən anası və atası ilə danışdım, hələ də bir ümid gözləyirlər, qızlarını gözləyirlər. Biz də ümid edirik ki, inşallah, ölməmişdir, inşallah, anasına, atasına, eləcə də millətimizə qovuşar, amma ölmüşdürsə, ona Allahdan rəhmət diləyirəm.
Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq.
Sahibkarlarımızın Azərbaycandakı yatırımları bizdə yenə məmnunluq doğurur. Bu barədə hörmətli Prezidentin fikirləri şübhəsiz ki, buradakı prosesi daha yaxşı əks etdirir. Buna görə də həqiqətən məmnunluq keçiririk.
Mən bugünkü səfərimizin çox səmərəli olduğu fikrindəyəm. Heyətlərimiz arasındakı görüşlər də çox səmərəli şəkildə nəticələndi. Qarşıdakı mərhələnin də çox səmərəli olacağı qənaətindəyəm.
Mən bütün mətbuat nümayəndələrinə - dostlarıma minnətdarlığımı bildirirəm, təşəkkür edirəm.
Bundan sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab veriblər:
- Cənab Baş nazir, Ermənistan Prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin” sözlərini necə qiymətləndirirsiniz? Bundan başqa, Türkiyənin yeni hökuməti dövründə Ermənistan siyasətində bir fəallıq gözləyə bilərikmi?
Rəcəb Tayyib Ərdoğan: Dəyərli yoldaşlar, mən dünən də bununla bağlı açıqlama verdim. Xarici İşlər Nazirliyimizin də bununla bağlı çox sərt bir bəyanatı var. Mən də bu gün sizin bu sualınızla bağlı Azərbaycanda yenə bir açıqlama verim. Bu, bir dövlət xadiminə və ya bir Prezidentə yaraşan ifadə tərzi, yanaşma forması deyildir.
Gələcək nəsillərə kin və nifrət aşılamaq dövlət xadiminə yaraşmaz. Serj Sarkisyanın etdiyi bir təhrikdir, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaqdır? Bu gedişlə qaranlıq olacaqdır, bu hadisələrə hər zaman qara eynəklə baxacaqdır. Bunu mütləq bilməlidirlər. Hazırda Dağlıq Qarabağ ərazisi işğal edilib və işğalçılar məlumdur. Bunu yalnız biz demirik, bunu BMT (Birləşmiş Millətlər Təşkilatı) də deyir. Bu, sübut olunmuşdur. Bu, həll edilməlidir. Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoymuşdur. “Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız, biz ölüb gedəcəyik, Ağrını da siz alacaqsınız” - belə bir məntiq olarmı? Belə bir anlayış olarmı? Gəncliyə belə bir istiqamət, belə bir üfüq verilərmi?
Bu nə deməkdir? Ey gənclər, Ermənistan Türkiyə ilə bundan sonra istədiyi kimi, istədiyi şəkildə bir müharibəyə də girə bilər. Bunların hamısını rədd edirik. Belə bir dövlət xadimi, belə bir diplomatiya olmaz. Sarkisyan burada ciddi bir səhv etmişdir. Tarixi bir səhvi birbaşa özü təsdiq edərək demişdir. O, üzr istəməlidir, bu səhvindən dönməlidir.
İlham Əliyev: Mən əlavə etmək istəyirəm ki, əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm.
Rəcəb Tayyib Ərdoğan: Mən onu Sizin qədər tanımıram.
İlham Əliyev: Onun düşüncə tərzinə yaxşı bələdəm. Əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran içindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə olan halda, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər.
Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir.
Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz.
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir