SON XƏBƏRLƏR

London Libidə qiyamçıların qurduğu hökuməti tanıdı

2021.10.20, 07:36
London Libidə qiyamçıların qurduğu hökuməti tanıdı

Gunaz.tv

GünAz TV: Britaniyanın Xarici İşlər naziri bəyan edib ki, Britaniya Liviyada (Libidə) qiyamçıların qurduğu hökuməti rəsmən tanıyır.

Britaniyanın Xarici İşlər naziri Uilyam Heyq (William Hague) deyib ki, Britaniya Liviyada qiyamçılar tərfindən yaradılmış Milli Keçid Şurasını Liviyanın qanuni höküməti qismində tanıyır.

Eyni zamanda Qəddafi hökümətinin diplomatları Britaniyadan xaric edilir.

Uilyam Heyq qeyd edib ki, üsyançıların Milli Keçid Şurası Liviyanın yeganə hakimiyyət təmsilçiliyi kimi tanınacaq.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bundan əvvəl Liviyanın Britaniyada işlər vəkili vəzifəsini icra edən şəxs Britaniya XİN-nə (Xarici İşlər Nazirliyinə) çağırılmışdı. Ona və digər diplomatlara Britaniyanı tərk etmək barədə göstəriş verilmişdi.

 

Uilyam Heyq əlavə edib ki, Britaniya Liviya Milli Keçid Şurasından ölkənin yeni diplomatik nümayəndəsinin təyin edilməsini xaiş edəcək.

 

Eyni zamanda London Britaniya banklarında Liviya hökümətinə məxsus maliyyə vəsaitlərinin üsyançı Şura üçün açılacağını da vəd edib. Həmin bank hesabları Liviyada qiyam başlayandan sonra dondurulmuşdu.

 

Bu arada isə, Liviyada üsyançılar ilə Qəddafi tərəfdarları arasında döyüşlər öz axarında davam etməkdədir.

 

Müəmmər Qəddafiyə qarşı Liviyada üsyan 5 ay bundan əvvəl başlayıb.

 

BMT Liviya üzərindən uçuşları qadağan edib. BMT qərarını həyata keçirmək məqsədilə NATO qüvvələri Qəddafi qoşunlarına qarşı hərbi əməliyyatların keçirilməsini davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar