SON XƏBƏRLƏR

Rəsmi Tehran: «İranın nüvə proqramını artıq dayandırmaq olmaz»

2021.10.20, 07:36
Rəsmi Tehran: «İranın nüvə proqramını artıq dayandırmaq olmaz»

Gunaz.tv

GünAz TV: İranın nüvə proqramını artıq dayandırmaq olmaz. Bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi bu fikirdədir.

 

«Hamı başa düşməlidir ki, İran öz nüvə proqramında elə bir mərhələyə çatıb ki, artıq dayanmaq və geri qayıtmaq mümkün deyil, çünki İranın nüvə texnologiyaları (teknolojiləri) artıq bu sərhədlərdən çıxıblar», deyə o bildirib.

 

Onun sözlərinə görə, İranda nüvə texnologiyaları sənayenin tərkib hissələrindən birinə çevrilib və ölkənin bütün tərəfinə yayılıblar.

 

«Biz minlərlə nüvə alimi hazırlayıb buraxdıqdan sonra Qərb və bütün dünya uranın zənginləşməsini necə dayandıra bilər? Bu fakta (gərçəyə), həqiqətə çevrilib», deyə nazir bəyan edib. Apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar