SON XƏBƏRLƏR

Şahrux zamani zindanda yeni bölümə köçürülüb

2021.10.20, 07:36
Şahrux zamani zindanda yeni bölümə köçürülüb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı işçi fəal, ev boyaqçıları işçilər sindikasının üzvü cənab Şahrux Zamani Təbriz zindanında yeni bölümə köşürülüb.

 

Təbriz təhlükəsizlik qüvvələri tərəfindən 2011-ci il iyun ayının 7-də (1390-cı il xordad ayının 17-də) tutuqlanan Zamani, 2 gün öncə zindanda öz qızı ilə görüşməyə nail olub.

 

Son məlumata görə, adını çəkdiyimiz azərbaycanlı işçi fəal Təbriz zindanında yeni bölmümə köçürülüb. Yeni bölüm bir çox baxımdan öncəkindən daha ağır vəziyyətdədir.

 

Məlumata görə, Zamaninin istintaq işləri başa çatıb və yaxın zamanda onun dosyesi məhkəməyə göndəriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar