SON XƏBƏRLƏR

Rəsmi Ankara Sarkisyanın sərsəm bəyanatına kəskin cavab verib

2021.10.20, 07:36
Rəsmi Ankara Sarkisyanın sərsəm bəyanatına kəskin cavab verib

Gunaz.tv

GünAz TV: Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarına cavab verib.

qurum, Ermənistan prezidentinin çıxışını məsuliyyətsizlik kimi dəyərləndirib. Rəsmi Ankara bunu Sarkisyanın sülh prosesinə (ssürəcinə) mane olmaq və gənc nəsillərdə nifrət hissi oyatmaq cəhdi hesab edir. Bu barədə Milli.Az xəbər portalı Türkiyə XİN-in rəsmi saytına istinadən xəbər yayıb.

"Ermənistanda 25 iyul (July) 2011-ci il tarixdə keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin sualına prezident Serj Sarkisyanın verdiyi cavabı şiddətlə qınayırıq. Öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən olmalıdır. Bunun əksinə davranışla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir.

Regionda (bölgədə) sülhü təsis etməyə istiqamətlənmiş axtarışların sürətləndiyi bir vaxtda Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir.

Regionda sülh, əminamanlıq və sabitliyin hakim olması üçün səy göstərən hər kəsin Sarkisyanın təəssüflə qarşıladığımız sözlərindən lazımi nəticəni çıxaracağına inanırıq", - Türkiyə XİN-in bəyanatında deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar