SON XƏBƏRLƏR

Güləşçimiz ermənini məğlub edərək dünya çempionu oldu – Video

2021.10.20, 07:36
Güləşçimiz ermənini məğlub edərək dünya çempionu oldu – Video

Gunaz.tv

GünAz TV: 50 kq çəkidə çıxış edən yunan-roma güləşçimiz Vilayət Qəhrəmanlı Rumıniyanin paytaxtı Buxarestdə keçirilən gənclərin Dünya birinciliyinin ilk günü öz çəkisində hamıdan güclü olub.

Milli.Az xəbər portalının verdiyi xəbərə görə, Mübarizəyə 1/8 finalda erməni idmançısı Rudik Mkrtıçyan üzərinde qələbə ilə başlayan (2-0, 2-0) Vilayət daha sonra Gürcüstan təmsilçisi Nika Tsetkaladzeni məğlub edib.  (6-0, 1-0).

Yarımfinalda Rusiya güləşçisi Pavel Vasilenko da pəhləvanımızın qarşısında duruş gətirə bilməyib: 5-0, 1-0. Nəhayət, həlledici qarşılaşmada Vilayət Qəhrəmanlı Qazaxıstanlı Janserik Sarsenbiyevlə üz-üze gelib ve ilk yarıda 1-0 hesabı ilə üstün olub. 2-ci hissədə hesab 3-0 Vilayətin xeyrinə olarkən rəqibin bilərəkdən və ya bilməyərəkdən ona əsl boksçu zərbəsi ilə üzünə vurması nəticəsində idmançımız ciddi xəsarət alıb.

Belədə, hakimlər vəziyyəti nəzərə alaraq Qazaxıstan güləşçisinə xəbərdarlıq verməklə Vilayətin qalib gəlməsini elan ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar