SON XƏBƏRLƏR

İran ilə Şimali Koreyanın gizli nüvə əməkdaşlığı...

2021.10.20, 07:36
İran ilə Şimali Koreyanın gizli nüvə əməkdaşlığı...

Gunaz.tv

GünAz TV: İddiaya görə Şimali Koreya uranı zənginləşdirmək üçün İrana kömək edir, əvəzində isə nüvə silahı ilə bağlı İrandan texnoloji dəstək alır.

GünAz TV: Bu günlərdə İranın nüvə fəaliyyəti ilə bağlı yeni iddia ortaya atılmışdır. Belə ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən hazırlanan hesabatda Şimali Koreya ilə İranın nüvə silahı məsələsində əməkdaşlıq etdikləri iddia olunmuşdur. İddiaya görə Şimali Koreya uranı zənginləşdirmək üçün İrana kömək edir, əvəzində isə nüvə silahı ilə bağlı İrandan texnoloji dəstək alır.

ABŞ-daki (Amerika Birləşmiş Ştatları) “Rand Corporation” mərkəzinin mütəxəssisi Bruce Bennett də Şimali Koreyanın İranı nüvə texnologiyası və nüvə test təchizatı ilə təmin etdiyini iddia etmişdir. Bu iki ölkənin raket texnologiyası ilə bağlı da əməkdaşlıq etmələri isə Qərb ölkələrindəki narahatlığı artırmışdır.

Qeyd olunan hesabatın "şər oxu" mübahisələrini alovlandıracağı güman edilir. Xatırladaq ki, ABŞ uzun müddətdir İran, Şimali Koreya və hədəf kimi seçdiyi digər ölkələrlə bağlı "şər oxu" terminindən istifadə edir ki, bu termin bəzi Qərb dövlətləri tərəfindən də işlədilir.

Ümumiyyətlə İranın beynəlxalq aləmdə yaşadığı problemlərə Yaxın Şərq ilə birgə Uzaq Şərqdə də yeni istiqamətlərin əlavə olunması bu ölkənin xarici siyasətinin daha çətin vəziyyətdə qalmasına və bundan qaynaqlanan daxili çətinliklərin artmasına səbəb ola bilər. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar