SON XƏBƏRLƏR

Urmu Gölünün duzu təsərrüfat sahəsinə (əkin ərazisinə) çatıb

2021.10.20, 07:36
Urmu Gölünün duzu təsərrüfat sahəsinə (əkin ərazisinə) çatıb

Gunaz.tv

GünAz TV: İran parlamentinin nümayəndəsi artıq Qərbi Azərbaycan əyalətinin (ostanının) təsərrüfat sahəsinin (əkin ərazisinin) Urmu Gölünün qurumasından ətkilənməğə başladığını deyib.

 

Urmu nümayəndəsi Süleyman Zakir İran parlamentində bəyan edib ki, “duz Urmu şəhərinin əkin ərazisinə çatıb. Urmu isə Qərbi Azərbaycanın əkinçilik qütbüdür.”

 

GünAz TV mətbuat mərkəzinin MEHR xəbər agentliyinə istinadən yaydığı məlumata görə, o əlavə edib ki, “Urmunun əkin sahəsi məhvə doğru gedir. Bu faciənin qarşısını almaq üçün ancaq Urmu Gölündə yaranan böhrana son vermək lazımdır.”

 

Cənab Zakir vurğulayıb ki, “Urmu Gölünün 6 min hektarlıq duz sahili elə bir sunami yarada bilər ki, Urmunun bütün əkin ərazisi və bağları məhv olsun.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar