SON XƏBƏRLƏR

Ankaranın "B planı": “İsrail üzr istəməsə, Türkiyə nə edəcək?”

2021.10.20, 07:36
Ankaranın "B planı": “İsrail üzr istəməsə, Türkiyə nə edəcək?”

Gunaz.tv

GünAz TV: İsrail  Türkiyədən üzr istəməklə bağlı daxili siyasətdəki diskussiyaları (danışıqları) sona çatdırmaq üçün daha 3 həftə vaxt qazanıb. 

"Mavi Mərmərə" hesabatının açıqlanması avqustun 20-dək təxirə salınıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, İsrailin üzr istəyəcəyinə dair təxminlər artarkən "Təl Əviv üzr istəməsə Ankara nə edəcək" sualı da aktuallığını qoruyur.

Türkiyə isə bu halda "B planı"nı dövrəyə soxacaq. "B planı" daha çox əlaqələrin diplomatiya hissəsinə aiddir. "Mavi Mərmərə" basqınından bəri Türkiyə İsraildə səfir səviyyəsində təmsil olunmur. Üzr istənmədiyi təqdirdə təmsilçilik səviyyəsi daha da düşürüləcək.

Eyni zamanda Ankaranın İsrailin növbəti səfirini qəbul etməməsi ehtimalı da gündəlikdədir. İsrailin Türkiyədəki səfiri Qabi levinin səlahiyyət müddətinin bitməsinə qısa müddət qalıb. İsrail bundan sonra Türkiyənin yeni səfiri qəbul etməyəcəyindən narahatdır.

"B planı" eyni zamanda iqtisadi və sosial əlaqələri də əhatə edir. Üzr istəmədiyi təqdirdə İsrail məhsullarının boykot edilməsi də gündəmə gələ bilər. Beynəlxalq sahədə Türkiyənin hərəkətə keçməsi də sürpriz olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar