SON XƏBƏRLƏR

Azərbaycan prezidenti: "Bizə qarşı terror bu gün də davam edir”

2021.10.20, 07:36
Azərbaycan prezidenti: "Bizə qarşı terror bu gün də davam edir”

Gunaz.tv

GünAz TV: Bəlli olduğu kimi, Bakıda səfərdə olan Polşa prezidenti Bronislav Komorovskinin prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşü olub.

Görüşdən sonra keçirilən mətbuat konfransında hər iki prezident Norveçdə baş verən terror aktına münasibət bildirib. İlham Əliyev Azərbaycanın erməni terrorundan əziyyət çəkdiyini vurğulayaraq, Norveç xalqının kədərinə də bir daha şərik çıxıb.

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan dövləti Norveçdə baş vermiş dəhşətli terror aktını (əməlini) qətiyyətlə pisləyir: “Terrorçuluğu qətiyyətlə pisləyirik. Terrorçuluğu bütün formalarını qətiyyətlə pisləyir və Norveçdə həlak olanların yaxınlarına, qohumlarına Azərbaycan dövləti tərəfindən bir daha başsağlığı verirəm. Yaralananlara şəfa diləyirəm”.

İlham Əliyev deyib ki, Azərbaycan terrorçuluqdan əziyyət çəkmiş ölkə kimi Norveç xalqının acılarını çox yaxşı dərk edir: “Bizə qarşı erməni terrorçu təşkilatları tərəfindən 30-dan yuxarı terror aktları törədilib. 2000-dən artıq Azərbaycan vətəndaşı həlak olub. Bizə qarşı terror bu gün də davam edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar