SON XƏBƏRLƏR

“Taliban” yaraqlıları 8 yaşlı uşağı asıblar

2021.10.20, 07:36
“Taliban” yaraqlıları 8 yaşlı uşağı asıblar

Gunaz.tv

GünAz TV: Səkkiz yaşlı oğlan Əfqanıstanın Gilmənd əyalətində “Taliban” yaraqlıları tərəfindən asılıb. bu barədə CNN məlumat yayıb.

Gün.Az RBK-ya istinadən xəbər veririnə görə, bu barədə CNN məlumat yayıb.

Beləliklə, radikal islam hərəkatının nümayəndələri oğlanın polis atasından onların tələbindən imtina etdiyinə və onlara polis avtomobili vermədiyinə görə qisas alıblar.

Oğlanın meyiti onun cümə günü yerli bazarda oğurlanmasından sonra Gereşk qəzasında tapılıb.

Əfqanıstan Prezidenti Həmid Kərzayi taliblər tərəfindən uşağın qətlə yetirilməsini kəskin pisləyib və bəyan edib ki, “belə bir hadisə nə bir mədəniyyətdə, nə də bir dində yolverilməzdir”. O, mümkün qədər tez günahkarların tapılmasını və həbs olunmasını əmr edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar