SON XƏBƏRLƏR

İran-İraq sərhədində 35 PKK terrorçusu öldürülüb

2021.10.20, 07:36
İran-İraq sərhədində 35 PKK terrorçusu öldürülüb

Gunaz.tv

GünAz TV: İran, İraq torpaqlarındakı PJAK düşərgələrini məhv etmək üçün əməliyyatları davam etdirəcəyini bəyan etdi.

İran İraqla sərhəddəki Serdeşt bölgəsində (qərbi Azərbaycan əyalətində yerləşir) PKK terror təşkilatının bir qanadı olan PJAK-a yönəlik əməliyyatlar zamanı 35 terrorçunun öldürüldüyünü açıqlayıb.

İran İslam İnqilabını Mühafizə Korpusunun (Sepah) 5 min əsgərinin iştirak etdiyi əməliyyatlar zamanı bir qrup silahlı da sağ ələ keçirilib. Bu barədə Lent.az “Press TV” telekanalına istinadən xəbər yayıb.

O da qeyd olunur ki, yaralı terrorçular İraq tərəfə keçib, oradan da Kürdüstan Demokrat Partiyasına məxsus təcili tibbi yardım maşınları ilə Erbil şəhərinə aparılıblar. Bu partiyanın sədri İraqdakı Kürdüstan bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzanidir. İran Serdeşt bölgəsində PJAK düşərgələrini məhv edən əsgərlərin İraq torpaqlarındakı terrorçu düşərgələrini də ləğv etmək yönündə əməliyyatları davam etdirəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar