SON XƏBƏRLƏR

Təyyarə qəzasında ölənlərin cəsədləri Bakıya gətirilib

2021.10.20, 07:36
Təyyarə qəzasında ölənlərin cəsədləri Bakıya gətirilib

Gunaz.tv

GünAz TV: İyulun (July) 6-da Əfqanıstanda qəzaya uğramış «İl-76» təyyarəsində həlak olanların cəsədlərinin qalıqları iyulun 25-də axşam Bakıya gətirilib.

Bu haqda AzadlıqRadiosuna «Silk Way» aviaşirkətinin (hava şirkətinin) direktorunun müşaviri, təyyarə qəzasını araşdıran komissiyanın (komisiyonun) üzvü Adil Qasımov məlumat verib:

«Komissiya üzvlərinin qarşısında qutu açıldı. Qalıqlar tibbi ekspertizaya (müayinə, kontrol) təhvil verildi. Hazırda ekspertiza öz işinə başlayıb».

Cəsədləri tapılanların kimliyi müəyyənləşdiriləcək. Tibbi ekspertizanın nəticələri nə vaxt məlum olacağı bilinmir.

Azərbaycanın «Silk Way» aviaşirkətinə məxsus «İl-76» təyyarəsi iyulun 6-da Əfqanıstanda qəzaya uğrayıb. Təyyarədə 9 ekipaj üzvü olub. Onlardan 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar