SON XƏBƏRLƏR

Norveç qırğınları ilə bağlı tutulan Müttəhim məhkəmə qarşısında

2021.10.20, 07:36
Norveç qırğınları ilə bağlı tutulan Müttəhim məhkəmə qarşısında

Gunaz.tv

GünAz TV: Cümə günü Norveçdə iki terror aktı (əməli) törətdiyini etiraf etmiş Anders Behring Breivik bazar ertəsi ilk dəfə məhkəmə qarşısına çıxarılır.

 

Hakim məhkəmə prosesini (sürəcini) bağlı qapılar arxasında keçirməyə qərar verib.

 

İctimaiyyət və media məhkəmə dinləmələrində iştirak edə bilməyəcək.

 

32 yaşlı cənab paytaxt Osloda bomba partlayışı və adadakı gənclik düşərgəsində qırğın törətdiyini boynuna alıb. Hər iki hadisə nəticəsində 93 nəfərin öldüyü məlumdur.

 

Onun ifrat sağçı qruplarla əlaqəli olduğu və hücumları illərdir ki, planlaşdırdığı deyilir. Hücumlar zamanı 96 adam yaralanıb.

 

Norveç yerli vaxtla saat 12.00-da bir dəqiqəlik sükut keçirib.

 

Cənab Breivik öz hərəkətlərini məhkəmə qarşısında izah edəcəyini bildirib. O, hücumları "dəhşətli, amma lazımlı" adlandırıb. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar