SON XƏBƏRLƏR

İran Suriyaya qaz nəqlinə hazırlaşır

2021.10.20, 07:36
İran Suriyaya qaz nəqlinə hazırlaşır

Gunaz.tv

 

GünAz TV: İran Suriyaya qaz kəmərinin yeni xəttini çəkir.

 

ANS PRESS-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İslam Respublikasının ((Cümhuriyyətinin)) Milli Qaz Şirkətinin nümayəndələri bildiriblər.

 

 Məlumata görə, şirkət nümayəndələri, eləcə də onların Suriya və İraqdan olan tərəfdaşları qaz kəmərinin yeni xəttinin tikintisi haqda razılıq əldə ediblər. Bu xətt sayəsində İrandan Suriyaya qaz nəqlini intensivləşdirmək (artırmaq, şiddətləndirmək) mümkün olacaq.

 

 İran Milli Qaz Şirkətinin rəhbəri Cavad Oci jurnalistlərlə qeyri-rəsmi söhbətində deyib ki, saziş (tikinti haqda) bu gün imzalanacaq. C. Oji əlavə olaraq qeyd edib ki, İran qazı Suriyaya İraqın ərazisindən nəql ediləcək: “Suriya gündəlik 20 milyon kubmetrdən 25 milyon kubmetrədək qaz almağa hazırdır”.

 

 Tərəflər layihənin dəyərini 10 milyard dollar həcmində qiymətləndirirlər, qaz kəməri xəttinin istismar müddəti 3 ildən 5 ilə kimi nəzərdə tutulub.

 

 Cavad Oji eyni zamanda İranın da təbii ehtiyatları barədə məlumat verib. Onun sözlərinə görə, körfəz (xəlic) ölkəsi gün ərzində 600 milyon kubmetr (metr-i mükəəb) qaz hasil edir, bu sərvətin 37 milyon kubmetri isə xaricə nəql edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar