SON XƏBƏRLƏR

İranda gənc fizik (fizikdan) nə üçün öldürülüb?

2021.10.20, 07:36
İranda gənc fizik (fizikdan) nə üçün öldürülüb?

Gunaz.tv

GünAz TV: İyulun (July) 23-də axşam saat 16-17 radələrində həyat yoldaşı və qızı ilə birlikdə Tehranda işdən evə qayıdan gənc fizik (fizikdan), Tehranın Xacə Nəsir Universitetinin müəllimi Daryuş Rzayi Nejad öldürülüb.

Motosiklet sürən naməlum iki şəxs universitet müəlliminin avtomobilini mənzilinin qarşısında odlu silahla atəşə tutublar. Nəticədə 35 yaşlı Daryuş Rzayi Nejad yerindəcə həlak olub, xanımı yaralanıb. Silahlı hücumçular hadisə yerindən qaça biliblər.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, İranda bəzi mənbələr gənc fizikin ölkənin nüvə təsisatları və Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdiyi barədə məlumatlar yayıb. Ancaq iyulun 24-də İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) rəhbəri Heydər Moslehi jurnalistlərə açıqlamasında bunu təkzib edib.

 

 ETTELAAT rəhbəri deyib ki, terroru təşkil edən, onun arxasında duran şəxslərin kimliyi hələ müəyyənləşdirilməyib: “Bu terror aktında (əməlində) bir sıra qaranlıq məqam var. Daryuş Rzayi Nejad nüvə fəaliyyəti ilə əlaqədar bir şəxs deyildi. Hazırda məsələni araşdırırıq və hələlik konkret (açıq, müşəxxəs) nəticəyə gəlməmişik. Casusluq şəbəkələrinin bu terrorun arxasında olub-olmaması barədə qəti fikir söyləyə bilmirik. Məsələnin mahiyyəti bəlli olandan sonra fikrimizi bildirəcəyik”.

 

 Bundan əvvəl İran parlamentinin sədri Əli Laricani iyulun 24-də jurnalistlərlə görüşündə sözügedən terroru ABŞ (Amerika Birləşmiş Ştatları) və sionizmə bağlamışdı: “Bu terror Amerika və sionizmin birgə həyata keçirdiyi bir layihədir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar