SON XƏBƏRLƏR

Bir qrup azərbaycanlı fəal Sulduzun Qalabaşı Təpəsində olublar

2021.10.20, 07:36
Bir qrup azərbaycanlı fəal Sulduzun Qalabaşı Təpəsində olublar

Gunaz.tv

GünAz TV: Təbriz, Əhər, Urmu, Qoşaçay və s. şəhərlərindən Sulduza gələn 60 nəfərə yaxın azərbaycanlı fəal, tarixi məkan Qalabaşı Təpəsinin təxrib edilməsi ilə yaxından maraqlanıblar.

 

Bu ziyarət Qalabaşı Təpəsinin şərq hissəsinin Sulduz Bələdiyyəsi tərəfindən təxrib edilməsi ilə bağlı yayılan xəbərlərdən sonra baş tutub. Azərbaycanlı fəallar birinci Həsənlu Təpəsi sonra Sulduz muzeyi və nəhayət Qalabaşı Təpəsində olublar.

 

Sulduza gələn milli-mədəni fəallar arasında İsa Yeqanə və İbrahim Rəşidi Savalan cənablarıda olublar. Məlumata görə, Sulduzlu jurnalist-yazar Azərbaycan və Sulduzun tarixi, Həsənlu və Qalabaşı Təpələrinin əhəmiyyəti, ordan tapılan əşyalar və qarapapaqların adət-ənənəsi barədə ziyarətçilərə geniş məlumat veribdir.

 

2011-ci il iyul ayının 22-də (1390-cı il tir ayının 31-də) baş tutan ziyarətin sonunda, Ziyarətçilər Sultan Yəqub Cövlanında olub və Azərbaycan şeir və musiqisini nümayiş etdiriblər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar