SON XƏBƏRLƏR

Azərbaycanlı fəal həbsə məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: Məhkəmə azərbaycanlı milli-mədəni fəal cənab Ayət (Yürüş) Mehrəlibəylini həbsə məhkum edib. Onun barəsində 1 illik həbs qərarı çıxarılıb.

 

Məhkəmə cənab Mehrəlibəylini Hadi Musəvini gizlətməkdə və ölkədən qanunsuz çıxmaq üçün Səccad Radmehrə yardım etməkdə ittiham edib.

 

GünAz TV mətbuat mərkəzinin “İran insan haqları evi”-nə istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal bir neçə il ərzində dəfələrlə tutuqlanıb, təknəfərlik kameralarda (sellullarda) saxlanılıb və nəhayət mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Xatırladaq ki, cənab Mehrəlibəyliyə qarşı irəli sürən daha bir neçə  ittihamın dosyesinə isə Təbrizin İnqilab Məhkəməsində baxılmaqdadır. Rhana

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar