Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Dünya Azərbaycanlıları Konqresinin (DAKın) bir qanadının İdarə Heyətinin üzvü və Azərbaycan Nümayəndliyinin rəhbəri, DAK Qurultaya Hazırlıq Təşkilat Komitəsinin üzvü Səftər Rəhimlidir.
- Bu gün Dünya Azərbaycanlıları Konqresində nələr baş verir?
- Bildiyiniz kimi bir necə gün bundan öncə, İdarə Heyətinin (İH) yığıncağında DAK-ın daxili məsələləri gündəliyə salınaraq müzakirəyə çıxarıldı. Birinci müzakirə olunan məsələ DAK həmsədlərinin və DAK Daimi Şurasının sədrinin fəaliyyəti, ikinci məsələ isə DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya tərəfindən DAK Azərbaycan nümayəndəliyinin ləğvi ilə bağlı idi. Hər iki məsələyə İH tərəfindən baxıldı. Beləliklə, İH belə qərara gəldi ki, Azərbaycan nümayəndliyinin ləğvi qurultayın səlahiyyətinə aid olan məsələdir, həmsədrlər tərəfindən belə bir qərarın verilməsi qurultayın qərarlarına qarşı kobud müdaxilədir və nizamnaməyə ziddir. İkincisi, DAK həmsədrləri və DAK Daimi Şurasının sədrinin ümumi fəaliyyətinə qiymət verildi. Onların mənfi və zəif fəaliyyətlərindən danışılaraq, həmsədrlər vəzifələrinin öhdəsindən lazımınca gələ bilmədiklərinə, özbaşına qərarlar verdiklərinə görə, vəzifələrindən azad edildilər. DAK Daimi Şuranın sədri vəzifəsi isə növbəti qurultaya qədər donduruldu. Təşkilat Komitəsi yaradıldı və növbəti qurultaya hazırlıq işlərinin aparılmasına start verildi.
- Sözünüzdən belə aydın olur ki, həmsədlərin və Daimi Şuranın sədrinin səlahiyyətlərindən uzaqlaşdırılması nizamnamə çərçivədə baş tutub?
- Tam məsuliyyətimlə deyirəm ki, İH-nin yığıncağı demokratik və qanun çərçivəsində keçirilib. Müraciətdən sonra DAK Nəzarət Təftiş Komissiyası (DAK NTK) İH-nin qərarlarını təsdiqlədi. Onu qeyd edim ki, DAK Azərbaycanın ilk beynəlxalq və demokratik təşkilatdır. Demokratik təşkilatlarda rəhbərliyə seçilənlər bəzi yanlış fəaliyyətlərinə görə seçənlər tərəfindən müxtəlif formalarda mənfi qərarlar alınar və cəzalana bilərlər. Əgər, hamımız doğrudan da demokratiyadan yanayıqsa mənə elə gəlir ki, belə məsələləri faciə kimi qəbul etmək lazım deyil. Əksinə hamı səhv edə bilər, burada böyüklük göstərib demokratiyanin bir qanunauyğunluğu kimi, qəbul etmək lazımdır. Amma bizim tərəfdən təşkilatımızın daha da qabağa getməsi istiqamətində çalışmalarımız davam edir, fəaliyyətimiz qurultayın qərarları və nizamnamə çərçivəsində həyata keçirilir. Hesab edirəm ki, DAK İH və DAK NTK-nın verdiyi hər iki qərar təşkilatımızı yeni bir mərhələyə götürəcək və bu günə qədər DAK-da böyük xidmətlər göstərmiş və müəyyən səbəblərə görə təşkilatımızdan incimiş, getmiş dəyərli aydınlarımız, ictimai-siyasi xadimlərimiz, gənclərimiz millət vəkillərimiz DAK-a dönəcək, bütün ümumküsünü bir kənara qoyacağıq və bir çətir altında Azərbaycanımızın birliyinə və inkişafına, əminamanlığa və sülhə, dürüstlüyə və ədalətə, gözəlliyə və xoşbəxtliyə doğru birgə addımlayacağıq.
- Amma qarşı tərəf belə bir yığıncağın keçirilmədiyini bildirir. Sizi dezinformasiya (səhv bilgi) verməkdə ittiham edir. Bu haqda nə deyə bilərsiniz?
- Ortada qəbul olunan sənədlər, isimlər və qərarlar var. İH-nin yığıncağından sonra, DAK NTK İH-i tərəfindən qəbul olunan son qərarlara baxıldı. NTK-da qəbul olunan qərarların düzgün və nizamnamə çərçivəsində həyata keçirildiyini təsdiqlədi. Artıq qəbul olunan sənədlər mətbuta çap edilib. DAK-da zaman-zaman yaşanan daxili narazılıqlar prosesləri (sürəci) bu səviyyə çatdırdı. Mən, onu demək istəyirəm ki, Sabir Rüstəmxanlının sədrliyi dövründə DAK Gənclər Təşkilatı, Qadınlar Şurası, Ağsaqqallar şurası, İdman Departamenti, Koordinyası (həmahəngi, əlaqələndirmə) Şurası fəaliyyətini dayandırıldı. Acınacaqlı odur ki, Sabir Rüstəmxanlı DAK rəhbərliyinə gələndən sonra gənclər təşkilatı dağıdıldı, gəncləri VHP-nin təsir dairəsində saxlamağa üstünlük verildi. Bir sözlə DAK-ın, Vətəndaş Həmrəyliyi Partiyası (VHP)-nin gününə salınması istiqamətində Sabir bəy əlindən gələni etdi.
- Bəs nə üçün Azərbaycan nümayəndəliyini ləğv etmək istəyirdilər? Bəlkə, DAK idarə heyətinin üzvü Sabir Rüstəmxanlının qeyd etdiyi kimi, bu nümayəndliyin qeydiyyata alınmamasına qarşı dövlətə bir etiraz idi?
- Mən, bu fikirlə razılaşmıram. DAK Azərbaycan Nümayəndəliyinin dövlət qeydiyyatından keçməməsi Nümayəndəliyin fəaliyyətinə heç bir maneə törətmir. Sadəcə olaraq biriləri Azərbaycan dövlətini fakt (sübut, gərçək) qarşısında qoymaq məqsədi daşıyırdı alınmadı. Dünyanın bir çox ölkəsində nümayəndəliklərimiz fəaliyyət göstərir, amma cəmi 3 yerdə dövlət qeydiyyatımız var, onda dünyadakı bütün nümayəndəliklərimizi bağlayaq. İkinci Nümayəndəliyin ləğvini yalnız Qurultay və idarə heyəti həyata keçirə bilər. Həmsədirləri də qurultay seçmir idarə heyəti seçir və azad edir. DAK-ın nümayəndlikləri içərisində ən fəal və işləyən qurumlardan birincisi Azərbaycan nümayəndliyidir. Mən deyərdimiki, xüsusilə fars şovinizminə qarşı davamlı fəaliyyət göstərməklə yanaşı, Güney Azərbaycan məsələsini mütəmadi olaraq müxtəlif yollarla dünya ictimaiyyətinə çatdırırıq və Güney Azərbaycan məsələsinin gündəmdən düşməməsinə çalışırıq. Onu da qeyd edim ki, keçirdiyimiz tədbirlərdə siyasi baxışlarından asılı olmayaraq dəyərli aydınlarımız, milli fəal gənclər təşkilatlarınin təmsilçiləri iştirak edirlər. Güneyin indi ki, vəziyyətində bu çox önəmli məsələdir. Dəfələrlə İran qəzetləri Azərbaycan nümayəndliyinin fəaliyyətini sərt tənqid etməklə yanaşı, mənim özümə qarşı davamlı təhqir kampaniyası aparırdılar.
Çox təəssüf edirəm ki, DAK-ın Azərbaycan nümayəndəliyinin günü-gündən daha da fəallığı, fars şovinizimlə yanaşı, DAK-ın keçmiş həmsədrləri və DAK Daimi Şurasının keçmış sədrini bərk narahat edirdi.
- Belə çıxır ki, bu gün DAK-da yaşanan hadisələrin üzə çıxmasında və gedişatın bu səviyyə çatmasında Sizə qarşı olan şəxsi qısqanclıq amilinin böyük təsiri oldu?..
- Doğrusu bu qısqanclığın açıq bariz nümanəsi Dünya Azərbaycanlılarının III Qurultayında ortaya çıxdı. Mən, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına üzv seçildim. DAK-da mənimlə çiyin-çiyinə rəhbərlikdə təmsil olunan bəzi şəxslər çox narahat idi və dövlət yetkillərinə gizlin-gizlin mənim oraya düşməyimə etirazlarını bildirirdilər. Xüsusilə, bu münasibət Sabir Rüstəmxanlı tərəfindən açıq şəkildə hiss olunurdu. Elə DAK üzvləri var idi ki, arxada bəzi dövlət rəsmilərinə mənim cavan olduğumu, hələ təcrübəmin az olduğunu əsas gətirirək şuraya üzv olmağımı qəbul etmək istəmirdilər. Bir yerdə fəaliyyət göstərdiyim insanların mənə qarşı qısqanc münasibət göstərmələri, mənə təəccüblü və üzücü gəlirdi.
- Mətbuata verdiyiniz açıqlamada qeyd etmisiniz ki, məni məcbur etməsinlər ki, DAK-dakı nöqsanları açıb danışım. Bununla əlaqədar nə deyə bilərsiniz?
- Mən istəmirəm ki, münasibətlər şəxsi müstəviyə keçsin və bu, bizə lazım deyil. Baxmayaraq ki, qarşı tərəf bu istiqamətə üstünlük verir. Sabir Rüstəmxanlı ola bilər ki, yaxşı partiya başqanı, millət vəkili, yazardır. Sabir bey eyni zamanda beynelxalq diaspor təşkilatı olan DAK-ın həmsədri vəzifəsini icra edirdi. Onun fəaliyyəti dövründə bir çox neqativ (mənfi) hallar oldu, DAK İH onun bu fəaliyyətini qiymətləndirirək Qurultayin qərarlarına uyğun olaraq, nizamnamə çərçivəsində vəzifəsindən azad edilib. Bu gün Sabir bəy İH üzvüdür və sabah qurultaya qatılaraq yenidən həmsədrliyə namizədliyini vermək hüququna malikdir.
- Bundan sonra proseslər necə cərəyan edəcək?
- Hesab edirəm ki, millətimizin parçalanmasının ortadan qalxması üçün çox önəmli tarixi situasiya (vəziyyət) yetişib. Bu tarixi situasiyadan səmərəli istifadə edərək millətimizin bütövlüyü istiqamətində beynəlxalq hüququn bizə verdiyi hüquqlardan da istifadə etməklə nəticə ala bilməsək, Azərbaycan tarixinin indiki mərhələsi milli passsionar (güc) qüvvələrin üstünə bir ləkə kimi yazılacaq. Bu tarixi şəraitdən qazancla çıxmamız üçün birlikdə fəaliyyət göstərmək lazımdır. Harada birləşmə, bütövləşmə varsa, orada fəaliyyət təsirli olur deyə düşünürəm. Bizim təmsil olunduğumuz DAK-la, digər tərəf Əhməd Obalı və Paşa Qəlbinurun təmsil etdiyi DAK-ların birləşmə qərarı var. Artıq dünyanın müxtəlif yerlərində yaşayan dəyərli ziyalılarımız bu birlik qurultayını dəstəkləyirlər. Bir zamanlar DAK-da təmsil olunub, indi də hansısa səbəblərə görə, təşkilatdan uzaqlaşan insanlar təşkilatımıza qayıtmaq və yenidən fəaliyyət göstərmək istəyirlər.
Mən hər zaman bir DAK adı altında fəaliyyət göstərməyin tərəfdarı olmuşam. Amma təəssüf ki, indiyə qədər birləşməyə mane olan qüvvələr var idi. Bu gün o insanlar artıq buna mane ola bilməzlər. Artıq onlar heç bir səlahiyyət sahibi deyillər. Birləşmək, bütövləşmək millətimizin təbii haqqıdır. Ona görə də düşünürəm ki, başlanğıc üçün, DAK-ın parçalanması ilə bağlı tarixi nöqsanımız aradan qalxmalıdır.
Söhbətləşdi: Elnur Eltürk
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir