SON XƏBƏRLƏR

Kürdüstan bölgəsində həlak olmuş “SEPAH” üzvlərinin adları açıqlanıb

2021.10.20, 07:36
Kürdüstan bölgəsində həlak olmuş “SEPAH” üzvlərinin adları açıqlanıb

Gunaz.tv

GünAz TV: İranın Kürdüstan əyalətinin sərhədyanı Alvatan bölgəsində İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) 6 üzvü minaya düşərək həlak olub. Ölənlər arasında polkovnik (sərhəng) rütbəli komandir (fərmandeh) də var.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, “Sepah” iyulun (July) 22-də bəyanat yayaraq qurum üzvlərini daşıyan maşının terrorçu PKK təşkilatının İran qanadı sayılan Kürdüstan Azad Həyat Partiyası (“Pejak”) qüvvələrini təqib edərkən minaya düşdüyünü bəyan edib.

 

 Bəyanatda hadisənin nə vaxt baş verdiyi barədə məlumat verilməsə də, mina parlayışında həlak olan “Sepah”çıların adları yer alıb: “Sepah” komandirlərindən olan polkovnik Abbas Qasimi, Əli Əkbər Cəmrasi, Mahmud Əhmədi Təbar, Musəvi Nəjad, Mehdi Xəbir, Ruhulla Səhrayi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar