SON XƏBƏRLƏR

Bu gün Ağdamın işğalından 18 il ötür - Video

2021.10.20, 07:36
Bu gün Ağdamın işğalından 18 il ötür - Video

Gunaz.tv

GünAz TV: Azərbaycanın dilbər guşələrindən olan Ağdam artıq 18 ildir ki, yalnız xatirələrdə yaşayır, dünyasını dəyişmiş insanlar kimi yad edilir.

Bu gün - iyulun (July) 23-də Ağdamın təcavüzkar Ermənistan qoşunları tərəfindən işğalının 18-ci ili tamam olur.

Ağdam şəhəri 1993-cü il iyulun 23-də işğalçı erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib. Rayonun (şəhər, məntəqə)121 kəndindən 77-si hazırda işğal altındadır. 44-nə isə Azərbaycan ordusu nəzarət edir, yerli əhali orada yaşamaqda davam edir. Ağdamın ərazisi 194 kvadrat kilometr (kilometr morəbbə), əhalisi 160 mindən çox olub. Rəsmi statistikaya (amara) görə, müharibə dövründə Ağdamın 6 mindən çox sakini müharibədə şəhid olub. Amma qeyri-rəsmi məlumatlarda Ağdamın 10 minə yaxın şəhid verdiyi bildirilir. Rayon əhalisinin çox hissəsi məcburi köçkün vəziyyətinə düşərək, ölkənin müxtəlif bölgələrinə səpələniblər.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti (yeri, məkanı), 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini hesablamalara görə, işğal nəticəsində Ağdama dəymiş zərərin miqdarı 252 milyon ABŞ (Amerika Birləşmiş Ştatları) dolları həcmindədir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar