SON XƏBƏRLƏR

İranda yüksək rütbəli SEPAH üzvü partlayış nəticəsində həlak olub

2021.10.20, 07:36
İranda yüksək rütbəli SEPAH üzvü partlayış nəticəsində həlak olub

Gunaz.tv

GünAz TV: İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah , İİKK) yüksək rütbəli komandirlərindən (fərmandehlərindən) biri İranın şimal-qərbində baş vermiş partlayış nəticəsində həlak olub.

Gün.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentliyin məlumatına əsasən, İİKK-nın (Sepahın) Qum şəhərindəki komandiri general Abbas Qasımi öldürülüb.

Qətlə görə məsuliyyəti kürdlərin məskunlaşdığı rayonların (məntəqələrin) İrandan ayrılmasına cəhd edən “Kürdüstan azad həyat partiyası” ekstremist (ifrati) qruplaşması öz üzərinə götürüb.

Həmin təşkilatın nümayəndələri bildiriblər ki, onlar Qasıminin İİKK-nın bir neçə başqa üzvünün müşayiəti ilə iş üçün getdiyi avtomobili partlada biliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar