SON XƏBƏRLƏR

Norveç paytaxtında ardıcıl iki terror aktı törədilib, ölənlərin sayı 87-yə çatıb

2021.10.20, 07:36
Norveç paytaxtında ardıcıl iki terror aktı törədilib, ölənlərin sayı 87-yə çatıb

Gunaz.tv

GünAz TV:  Norveçin hakimiyyətdə olan Əmək Partiyasının gənclər düşərgəsində norveçlinin açdığı atəş nəticəsində azı 80 nəfər həlak olub.

Onlarla insan yaralanıb.

Hüquq-mühafizə orqanları qurbanların sayının çoxalma ehtimalını istisna etmirlər.

Ümumilikdə düşərgədə 700-dək adam olub.

İyulun (July) 22-də Norveç paytaxtında dalbadal iki terror aktı törədilib.

Əvvəlcə Oslonun mərkəzindəki hökumət binaları kompleksi yaxınlığında partlayış olub. 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bir neçə saat sonra isə polis formasında olan norveçli paytaxt yaxınlığındakı adada yerləşən gənclər düşərgəsində toplaşanlara atəş açıb.

Polis atəş açmaqda şübhəli bilinən şəxsi saxlayıb. Azadlıq radiosu

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar