SON XƏBƏRLƏR

Tehran Vaşinqtonla əməkdaşlığa razıdır

2021.10.20, 07:36
Tehran Vaşinqtonla əməkdaşlığa razıdır

Gunaz.tv

GünAz TV: İran ABŞ-la (Amerika Birləşmiş Ştatları) aralarında davam edən 30 illik diplomatik gərginliyə son vermək niyyətində olduğunu açıqlayıb.

 

İranın Xarici İşlər Naziri Əli Əkbər Salihi “ABŞ-la bərabər şərtlər daxilində və İran xalqının haqlarına hörmət edilməsi şərtilə əməkdaşlığa başlaya bilərik” deyib. Bu  barədə Lent.az Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 

O, İsraillə heç bir münasibət yaratmayacaqlarını, ancaq ABŞ kimi ölkə ilə fövqəladə vəziyyətdə əməkdaşlıq edə biləcəklərini açıqlayıb.

 

Qeyd edək ki, rəsmi Tehran ilə ABŞ arasındakı “soyuq müharibə” İslam İnqilabından bəri davam edir.

 

Onu da bildirək ki, ötən həftə belə bir açıqlama Əkbər Haşimi Rəfsəncanidən də gəlmişdi. O da bildirmişdi ki, ABŞ rəsmiləri ilə görüşlərin başlaması lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar