SON XƏBƏRLƏR

Libi diktatoru qiyamçılarla danışıqları Qiyamət gününədək təxirə saldı

2021.10.20, 07:36
Libi diktatoru qiyamçılarla danışıqları Qiyamət gününədək təxirə saldı

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri Müəmmər Qəddafi üsyançılarla danışıqlar aparılması variantını (seçənəyini) rədd edib.

Liviya liderinin müvafiq bəyanatı onun doğma şəhəri olan Sirtdə Qəddafi lehinə keçirilən mitinqin iştirakçılarına göndərilib.

 «Mən onlarla danışmayacağam. Bizim aramızda Qiyamət gününədək heç bir danışıq olmayacaq», deyə polkovnik (sərhəng, albay) bəyan edib.

Daha öncə Liviya Keçid milli şurasının icraiyyə komitəsinin başçısı Mahmud Cibril üsyançıların «diktator hakimiyyətdən imtina etməyincə» rəsmi Tripoli (Trablos) ilə danışıqlar aparmayacağını bəyan etmişdi. Radio antenn

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar