SON XƏBƏRLƏR

Güneyli siyasi mühacir harada saxlanılır?

2021.10.20, 07:36
Güneyli siyasi mühacir harada saxlanılır?

Gunaz.tv

GünAz TV: İyulun (July) 15-də saat 17:45 radələrində Qazax rayonu (məntəqəsi) ərazisində 71 yaşlı güneyli siyasi mühacir Mahmud Ərdəhali Baran Azərbaycan Respublikası (Cümhuriyyəti) Sərhəd qoşunları tərəfindən saxlanılaraq üstündə şəxsiyyətini təsdiqləyən sənədin olmaması səbəbilə saxlanılıb.

 

“OLAYLAR”ın Güneyli mühacir Cavidan Elbarsdan aldığı məlumata görə,  Həmin axşam saxlanılan başqa güneyli mühacir Rəhim Cavadbəyli ilə birlikdə Şəmkir rayonuna göndərilib. İyulun 16-ı Rəhim bəy sərbəst buraxılsa da Mahmud Ərdəhali Baran buraxılmayıb. Ayın 17-də adı çəkilən şəxsin Sərhəd Qoşunlarının Bakıda yerləşən mərkəzi qərargahına göndərilməsini bildiriblər. Ancaq siyasi mühacirin həyat yoldaşının müvafiq qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq bu qurumlar belə bir şəxsin saxlanılmasından xəbərsiz olduqlarını bildiriblər.

 

Qeyd edək ki, Mahmud Ərdəhali Baran uzun illər İran Hakimiyyətinə qarşı mübarizə aparıb, 1988-ci ildə məcburi olaraq Türkiyə vasitəsilə Almaniyaya gedib, 1991-ci ildə Azərbaycan Respublikasına gəlib və burada ikinci dəfə ailə həyati qurub. Onun Azərbaycanda 11 yaşında Sevinc adlı qızı, 15 yaşında İldırım adlı oğlu var. Mahmud Ərdəhali Baran dəfələrlə Azərbaycan Respublikası Miqrasiya (köç) xidmətinə müraciət etsədə ona heç bir sənəd verilməyib.  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar