SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci fəal Fəraz Zehtab tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci fəal Fəraz Zehtab tutuqlanıb

Gunaz.tv

GünAz TV: Təbriz universitetinin öyrəncisi, azərbaycanlı fəal Fəraz Zehtab məhkəmə məsullarının çağırışı əsasında zindana müraciət edib. O dərhal həbs olunub.

 

Fəraz Zehtab keçən il Təbriz Məhkəməsinin 111-ci şöbəsi tərəfindən 6 ay həbsə məhkum edilib. O 3 ay qalmış müddətini keçirmək üçün həbs edilib.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu ildə (1388-ci ildə) Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsi tərəfindən tutuqlanıb və 3 ay müvəqqəti həbsdən sonra Təbriz zindanından mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Qeyd edək ki, onun ittihamı sistemin əleyhinə təbliğdən ibarət olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar