SON XƏBƏRLƏR

DAK-lar Birləşmə Qurultayına gedirlər

2021.10.20, 07:36
DAK-lar Birləşmə Qurultayına gedirlər

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinə DAK-ların Birləşmə Qurultayı ilə bağlı idarə heyyəti adından DAK həmsədri prof. Paşa Qəlbinur tərəfindən məlumat daxil olub. 

Məlumatda deyilir:

“Bizim son (London 12.12.2010) qurultaydan sonra hər iki DAK (Dünya Azərbaycanlıları Konqresi)-ın birliyi üçün olunan müraciətə qarşı tərəfin (o biri DAK) idarə heyyəti son toplantısında yaradılan qurultaya hazırlıq təşkilat komitəsi bizim birləşmə ilə bağlı müraciətimizə baxmış və yüksək dəyərləndirib və qərar vermişlər ki, hər iki DAK-ın birləşməsi üçün gərəkən bütün çalışmaları həyata keçirməyə hazırıq.

Qərara gəlinib ki, bugünə qədər DAK-da fəaliyyət göstərmiş bütün şəxslər DAK-ın birləşmə qurultayına iştirak üçün dəvətlidirlər. Qurultayın yeri və başqa detalları ilə bağlı növbəti toplantıda qərar veriləcək.”

21.07.2011

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar