SON XƏBƏRLƏR

DAKın bir qanadının Nəzarət Təftiş Komissiyasının toplantısının Protokolundan ÇIXARIŞ

2021.10.20, 07:36
DAKın bir qanadının Nəzarət Təftiş Komissiyasının toplantısının Protokolundan ÇIXARIŞ

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinə DAK Nəzarət Təftiş Komissiyasından daxil olan məlumata görə, Komissiya toplantı nəticəsində yeni qərar qəbul edib. Çıxarış olduğu kimi təqdim olunur:

 

Dünya Azərbaycanlıları Konqresi

 

Dünya Azərbaycanlıları Konqresi Nəzarət Təftiş Komissiyasının toplantısının Protokolundan çıxarış:

 

20 iyul 2011-ci il.

 

İştirak etdilər: DAK NTK üzvləri.

1. Mustafa Kərimov

2. Xaliq Ələsgərov

3. Samir Adıgözəlli

4. Ramiz Haqverdi

Gündəlikdə duran məsələlər.

 

1. DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri S.Rəhimlinin müraciətinə əsasən DAK həmsədrlərinin

    Nümayəndəliyin ləğv edilməsi haqda qərarına münasibət. 

2. DAK İdarə Heyətinin qərarı ilə DAK həmsədrləri Sabir Rüstəmxanlının və Frudun Pərvizniyanın DAK

    həmsədrliyindən azad edilməsinə münasibət.

3. DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin Daimi Şura sədrliyindən azad edilməsi və DAK Daimi

    Şurasının fəaliyyətinin növbədənkənar qurultaya qədər dayandırılmasına münasibət.

4. DAK həmsədrlərinin səlahiyyətlərinin İdarə Heyətinə həvalə edilməsinə münasibət.

5. Növbədənkənar qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yaradılmasına münasibət.

 

Müzakirələrdən sonra Nəzarət Təftiş Komissiyası qərara aldı:

 

1. DAK həmsədrləri S.Rüstəmxanlının və F.Pərvizniyanın DAK Azərbaycan Nümayəndəliyinin ləğv

    edilməsi haqda qərarları Qurultayın qərarlarına, DAK Nizamnaməsinin 4.6,  5.1,  5.8,  5.9-8,  9.7,  9.9

    maddələrinə zidd olduğu üçün ləğv edilsin.

2. DAK həmsədrləri Sabir Rüstəmxanlının və Frudun Pərvizniyanın DAK həmsədrliyindən azad edilməsi

    haqda İdarə Heyətinin qərarı Qurultayın qərarlarına və DAK  Nizamnaməsinin 5.5,  5.9-5,  5.9-11

    maddələrinə uyğun  olduğu üçün dəyişdirilmədən qüvvədə  saxlanılsın.

3.  DAK  Daimi Şurasının sədri Əjdər Tağızadənin Daimi Şuranın sədrliyindən azad edilməsi və DAK

     Daimi Şurasının fəaliyyətinin növbədənkənar qurultaya qədər dayandırılması haqda İdarə Heyətinin

     qərarı  Qurultayın qərarlarına və DAK nizamnaməsinə uyğun olduğu üçün qüvvədə saxlanılsın.

4. DAK həmsədrlərinin səlahiyyətlərinin İdarə Heyətinə həvalə edilməsi haqda İdarə Heyətinin qərarı 

    Qurultayın qərarlarına və DAK nizamnaməsinə uyğun olduğu üçün qüvvədə saxlanılsın.

5. Növbədənkənar qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yaradılması haqda İdarə Heyətinin qərarı

    Qurultayın qərarlarına və DAK Nizamnaməsinin 4.3 , 5.9-12 maddələrinə uyğun olduğu üçün qüvvədə

    saxlanılsın.

 

Qərarlar yekdilliklə qəbul edildi:

 

  DAK NTK üzvləri:

1. Mustafa Kərimov

2. Xaliq Ələsgərov

3.  Samir Adıgözəlli

4. Ramiz Haqverdi

 Dünya Azərbaycanlıları Konqresi Nəzarət Təftiş Komissiyasının toplantısı.

 20 iyul 2011-ci il

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar