SON XƏBƏRLƏR

İranda daha 10 nəfər edam edilib

2021.10.20, 07:36
İranda daha 10 nəfər edam edilib

Gunaz.tv

GünAz TV: İranda narkotik (müxəddir) maddələrin satışında və qaçaqmalçılığında, eləcə də cinsi təcavüzdə günahlandırılan 10 nəfər edam olunub.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, adam oğurluğunda və cinsi təcavüzdə günahlandırılanların 3-ü Kirmanşah şəhərinin Azadlıq meydanında, 3-ü isə Qoçan şəhərinin zindanında dar ağacından asılıblar.

Narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər Rəfsəncan və Ciroft şəhərlərinin zindanlarında edam edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar