SON XƏBƏRLƏR

Amerikada Türkiyə əleyhinə qərar qəbul edilib

2021.10.20, 07:36
Amerikada Türkiyə əleyhinə qərar qəbul edilib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Xarici Əlaqələr üzrə Nümayəndələr Palatasının (məclisinin) Daimi Komitəsi Türkiyəni xristian (məsihi) kilsələrini geri qaytarmaq, ölkədəki xristian azlıqlarının təqibini dayandırmaq və müsadirə olunan kilsə əmlakını geri qaytarmağa səsləyən qanunverici düzəlişi qəbul edib.

 

 Səsvermə iyulun (July) 20-də baş tutub. Qanunverici düzəliş 1 əleyhinə, 43 isə lehinə olmaqla qəbul edilib.

 

 Qanunverici düzəlişi Nümayədələr Palatasının üzvləri, Kaliforniyadan olan respublikaçı (cümhuriyyətçi) Ed Roys və demokrat Qovard Bermanın xüsusi təşəbbüs ilə dəstəklənib. Bu akt (əməl) təsdiqi Türkiyənin erməni, yunan və assuri icmalarının maraqlarını təmsil edir.

 

 Düzəlişdə Türkiyədən ölkədə yaşayan dini azlıqlara qarşı dini-ayrı seçkiliyə son qoymağı, müsadirə olunmuş kilsə əmlakının geri qaytarılması tələb olunur. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar