SON XƏBƏRLƏR

Netanyahu Ankaradan üzr istəməyə razılaşdı?

2021.10.20, 07:36
Netanyahu Ankaradan üzr istəməyə razılaşdı?

Gunaz.tv

GünAz TV: İsrailin baş naziri Binyamin Netanyahu ötən il Türkiyənin «Mavi Mərmərə» gəmisində 9 türk vətəndaşının öldürülməsinə görə, Ankaradan «üstüörtülü, ehtiyatla» üzr istəməyə hazırdır.

Milli.Az xəbər portalının məlumatına görə, bunu İsrailin «Qaley SAXAL» radiosu hökumətə yaxın mənbəyə istinadən bildirir. Netanyahunun bu qərara gəlməsi Ankara-Təl-Əviv münasibətlərində yaxınlaşmaya nail olmaq məqsədi güdür.

Xatırladaq ki, həmin hadisədən sonra Türkiyə ən yüksək səviyyələrdə dəfələrlə bəyan edib ki, İsraillə münasibətləri yalnız qarşı tərəfin Ankaradan üzr isətəməsi və həlak olmuş şəxslərin ailələrinə kompensasiyanın (təzminat) ödənməsi halında mümkündür. Təl-Əviv isə Türkiyədən üzr istəmək fikrində olmadığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar