SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Hadi Həmidi şəfiq tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Hadi Həmidi şəfiq tutuqlanıb

Gunaz.tv

GünAz TV: Milli-mədəni fəal cənab Hadi Həmidi Şəfiq toy mərasimi ərəfəsində İran təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

Hadi Həmidi şəfiq həyat yoldaşı ilə əlaqə saxlayaraq, dünən (2011-ci il iyul ayı , 1390-cı il tir ayı) təhlükəsizlik qüvvələri tərəfindən tutuqlandığını bildirib.

 

Qeyd edək ki, cənab Həmidinin toy mərasimi iyul ayının 21-i (tirin 30-u) Təbriz şəhərində keçirilməli idi. Artıq müxtəlif şəhərlərdən qonaqlarda gəliblər. Ancaq hələki şadlıq evi (talar) qapalı və Bəy isə tutuqludur.

 

Xatırladaq ki, adını çəkdiyimiz Azərbaycanlı fəal keçən həftə Məhkəmə tərəfindən 6 ay həbs və 60 zərbə şallağa (qamçı) məhkum edilib. O 2006-cı il may hadisələri (1385-ci il xordad hadisələri) zamanı tutuqlanıb və 17 ay həbsdə qalmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar