SON XƏBƏRLƏR

Suriyada sular durulmur

2021.10.20, 07:36
Suriyada sular durulmur

Gunaz.tv

GünAz TV: Suriyada dövlət başçısı Bəşər Əsəd əleyhinə nümayişlər davam edərkən aksiyaçılara (etirazçılara) qarşı şiddət də artıb.

Ölkədə həftə sonundan etibarən təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə açılan atəş nəticəsində 30-dan çox insanın həlak olduğu bildirilib.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Suriya əsgərlərinin Humus şəhərindəki əməliyyatları da davam edir.

Meydandakı tanklara baxmayaraq isə müxaliflər etiraz nümayişlərindən imtina etmir.

Aksiyalar gecə saatlarında belə davam edir.

Paytaxt Dəməşqin Kabun səmtində də Bəşər Əsəd əleyhinə keçirilən nümayişdə yüzlərlə insan iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar