SON XƏBƏRLƏR

Qəddafi dirənməyə davam edir

2021.10.20, 07:36
Qəddafi dirənməyə davam edir

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri Müəmmər Qəddafi NATO bombardmanlarına təslim olmayacağını və hakimiyyətdən getməyəcəyini açıqlayıb.

 

Paytaxt Tripolinin (Trablosun) 50 kilometrliyindəki Əl Aziziyədə tərəfdarlarına çağırış edən Qəddafi “Milyonlarla liviyalı mənim yanımdadır. Öz evimizdəyik, şərəfimizi, neftimizi və zənginliklərimizi qorumaq üçün son damla qanımıza qədər döyüşəcəyik” deyib. Bu barədə Lent.az Türkiyə mediasına istinadən xəbər yayıb.

 

Bu müharibənin Liviyanı diriltdiyini söyləyən ölkə rəhbəri qadın, kişi, uşaq – hər kəsin döyüşməli olduğunu bəyan edib.

“NATO-nun bombaları bizi qorxutmaq” deyən Qəddafi atalarının torpaqlarını əsla tərk etməyəcəyi mesajını verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar