SON XƏBƏRLƏR

İran Amerikaya məxsus pilotsuz (xələbansız) casus təyyarəni vurduğunu deyir

2021.10.20, 07:36
İran Amerikaya məxsus pilotsuz (xələbansız) casus təyyarəni vurduğunu deyir

Gunaz.tv

GünAz TV: İran İslam İnqilabını Mühafizə Korpusu (Sepah) Qum şəhəri üzərində uçan ABŞ-a (Amerika Birləşmiş Ştatlarına) məxsus pilotsuz (xələbansız) casus təyyarəsini vurduğunu bəyan edib.

 

Lent.az-ın “javanonline.ir” saytına istinadən verdiyi məlumata görə, İran parlamentinin Beynəlxalq təhlükəsizlik və xarici siyasət komissiyasının (komisiyonunun) üzvü Ali Ağazadə Dafsari deyib ki, pilotsuz təyyarə dünən Qum şəhəri ətrafındakı Fordo uran zənginləşdirmə müəssisəsinin yaxınlarında uçarkən İslam İnqilabını Mühafizə Korpusunun hava hücumundan müdafiə birliyi tərəfindən aşkarlanıb və vurulub.

 

Dafsari bildirib ki, ABŞ-a aid pilotsuz casus təyyarə Fordo nüvə obyektinin (təsisatının) yerini müəyyənləşdirmək və Mərkəzi Kəşfiyyat İdarəsi üçün obyekt haqqında məlumat toplamaq üçün buraxılıb.

 

Qeyd edək ki, Qərb kəşfiyyatı keçən ay İranın Qum şəhəri yaxınlığında bir dağda yeraltı Fordo nüvə mərkəzi tikdiyi barədə məlumat əldə edib. Qərb mətbuatı bununla bağlı məlumat da yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar