Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV: İran rejimin bacarıqsız demoqrafik və iqtisadi siyasətinin yaratdığı yeni, daha qorxulu problemlə üzləşib.
Yaxın illərdə əhali artımı sıfıra yaxınlaşa bilər. Əgər son qırx il ərzində ölkənin əhalisi bu gün, rəsmi məlumatlara görə, 75 milyon nəfərə çatmaqla yalnız artırdısa, 2007-ci ildən başlayaraq əhali artımı durmadan azalmağa başlayıb.
İnqilabdan sonra yaranmış doğum sayı gurultusu artıq ötüb, ölkə sıfır artım və əhalinin çox sürətlə qocalması faktı ilə üz-üzə dayanıb. Əgər 1997-2007-ci illərdə İranda əhali artımı 1,62% təşkil edirdisə, hazırda bu göstərici 1,52%-ə düşüb və yaxın illərdə sıfıra yaxınlaşacaq. Əgər 2007-ci ilədək əhalinin əksəriyyətini 15-29 yaşlarda olan insanlar təşkil edirdisə, indi 30-64 yaşlar arasında olan şəxslər üstünlük təşkil edir.
Əgər hazırkı tendensiya (meyl, gediş) saxlanılsa, onda 2032-ci ilə doğru İran əhalisi, əsasən, qocalardan ibarət olacaq. Bunun səbəbi doğum sayının kəskin azalmasıdır – bir qadına düşən 4 uşaq səviyyəsinin əvəzinə müasir İranda bir qadına düşən uşaq səviyyəsi yalnız 1,87 təşkil edir.
Təcrübə göstərir ki, demoqrafik böhran iqtisadi baxımdan inkişaf etmiş ölkələr üçün xarakterikdir (məşəxxəsədir). Amma İranda isə, bu, tamamilə əksinə baş verir. Məhz iqtisadi problemlər demoqrafik böhrana gətirib çıxarıb. İqtisadi böhranın yaratdığı problemlə yüklənmiş bir çox iranlı ailə qurmağa tələsmir. Ölkədə işsizlik, qeyri-rəsmi məlumatlara görə, 20–25%-ə çatır.
Ən nikbin proqnozlara (öngörülərə) görə, cari ildə 30%-lik qiymət artımı olacaq. Əgər qiymət artımı belə sürətlə davam etsə, onda İran ili 40-50%-lik qiymət artımı ilə başa vuracağıq. İlk növbədə, bu, ərzaq məhsullarına aiddir. Belə bir şəraitdə ailə qurmaq və uşaq doğumu yada düşmür. Bu gün İranda uşaqlar böyüklər üçün köməkçidən ağır yükə çevrilirlər. Valideynlər öz uşaqlarını yedirmək və onlara təhsil vermək üçün böyük məbləğdə maliyyə vəsaiti sərf etməyə məcburdurlar.
Bundan başqa, ölkənin dini ideyalara əsaslanan hüquq sistemi nəinki insan hüquqlarını müdafiə etmək imkanında deyil, həmçinin insanı indiyədək ənənəvi olaraq faydalandığı hüquqdan da məhrum edir. Belə olan təqdirdə, gənclər ailə qurmağa və dünyaya uşaq gətirməyə tələsmirlər. Hərçənd, məlumdur ki, İslam inqilabı özünə və öz uşaqlarına kənddə yer tapa bilməyib şəhərə yollanmağa məcbur olan gənclər tərəfindən edimişdi.
Tədqiqatçılar bu hadisəni “inqilabın demoqrafik gurultusu” adlandırmışdılar –1976-cı ildə əhalinin artımı 3,9% təşkil etmişdi. Bu gün əhali artımı artıq kritik (böhranlı) göstəriciyə - yəni şahın dövrü ilə müqayisədə iki dəfədən çox, hazırkı rejim tərəfindən kəskin tənqid edilən 1,52%-ə düşüb.
Xarakterikdir ki, hələ ötən il rejim ölkənin məruz qaldığı təhlükənin miqyasını başa düşdü. Belə ki, xalq qarşısında çıxış edən prezident Əhmədinejad ölkədə mənfi tendensiyanın olduğunu qeyd etdi. Onun sözlərinə görə, qızlar nə üçünsə ailə qurmağı gecikdirirlər və 25, hətta 30 yaşında ailə qururlar. Amma 16 yaşında ailə qurmaq lazımdır, ən geci 18 yaşında.
Müxtəlif yerlərdən gətirilərək meydana yığılmış insanların qarşısında boşboğazlıq edən Əhmədinejad pafosla qışqırdı ki, millətin zənginliyi onun sayındadır və buna görə də dünyaya çox uşaq gətirmək lazımdır. O, bunu dedi və ənənəvi olaraq rahatca unutdu. Buna görə də, ailə planlanması sahəsində, eləcə də sosial-iqtisadi sahədə dəqiq siyasətin olmamasının nəticələrini biz bu gün şəxsən müşahidə edə bilirik.
Axı, doğum sayının artırılması üçün hətta məktəb yaşına çatmamış bir uşağın belə doyurulması mümkün olmayan cüzi sosial müavinət (yardım) yox, güclü maddi təşviqat lazımdır. Həm də belə təşviqat cəmiyyətin daha kasıb olan bir hissəsinə yox, bütün cəmiyyətə təsir göstərməlidir. Amma Əhmədinejad ötən il necə öyünürdü. Hətta o dərəcədə ifrata varmışdı ki, İranın hazırkı 75 milyon əhalini yox, 120 milyon əhalini yedirtmək üçün də ehtiyatları kifayət edir.
Hətta doğum sayının təşviqi kimi belə vacib bir məsələdə də Əhmədinejadın simasında rejim öz ikiüzlülüyünü nümayiş etdirdi. Axı, o, xalqın qayğıları ilə qətiyyən məşğul olmayıb, ancaq özünün ifrat ambisiyalarını önə çəkib. Onun sözlərinə görə, İran regional (bölgəsəl) səviyyədə aparıcı mövqe tutmalıdır.
Bunun üçün isə, hərbi gücdən başqa, həm də İran əhalisinin sayını əhəmiyyətli dərəcədə artırmaq lazımdır. Belə çıxır ki, o, insanlara gərginlik mənbəyinin yarandığı təqdirdə yalnız qüvvə kimi baxır. Buna görə də, iqtisadi böhrana yuvarlanan ölkənin demoqrafik böhranla da toqquşacağına təəccüblənmək olmur. Mollaların 32 illik hakimiyyəti əhaliyə artıq heç nəyə təəccüblənməməyi öyrədib....
R.Məmməd
Qaynaq: Gün.az
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir