SON XƏBƏRLƏR

İranda SEPAHla PJAK arasında qanlı toqquşma olub

2021.10.20, 07:36
İranda SEPAHla PJAK arasında qanlı toqquşma olub

Gunaz.tv

GünAz TV: İranın dövlətə məxsus mətbuatı, İnqilab Keşikçilərinin (Sepahilərin) İraqla sərhəddə terrorçu kürd qrupu PJAKın üç bazasına (qayqahına) nəzarəti ələ keçirdiyi haqda məlumat verib.

Polkovnik (sərhəng) Delavar Rəncbarzade şənbə və bazar günü toqquşmalar zamanı PJAKa mənsub döyüşçülər arasında böyük tələfatlar olduğunu bildirib.

PJAKın sözçüsü bundan əvvəl döyüşdə böyük sayda əsgərin öldüyünü bildirmişdi.

İranın hökumət qüvvələri və PJAK arasında döyüşlər İraqla sərhəddə Sardəşt şəhəri yaxınlığında baş verib.

PJAK adı ilə tanınan kürd terrorist qrupu və İranın hökumət qüvvələri arasında son illər dəfələrlə toqquşmalar baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar