SON XƏBƏRLƏR

Mühafizəkar Millət vəkili müxalifət liderlərinin mühakiməsiz həbsdə saxlanmasını tənqid edib

2021.10.20, 07:36
Mühafizəkar Millət vəkili müxalifət liderlərinin mühakiməsiz həbsdə saxlanmasını tənqid edib

Gunaz.tv

GünAz TV: İran parlamentinin mühafizəkar deputatı (millət vəkili) Əli Mütəhhəri iyulun (July) 18-də jurnalistlərlə görüşündə müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin 5 aydan çoxdur mühakiməsiz həbsdə saxlanmasını tənqid edib.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Əli Mütəhhəri deyib ki, Musəvi və Kərrubi ilə davranış tərzindən narahatdır: “Musəvi və Kərrubinin vəziyyəti səlahiyyətli bir məhkəmədə müəyyənləşməlidir. Onların mühakiməsiz həbsdə saxlanması düzgün deyil. Mən onlara qarşı davranış tərzinin əleyhinəyəm”.

Əli Mütəhhəri deyib ki, bəzi islahatçıların 2012-ci ilin martında keçiriləcək parlament seçkisinə qatıla bilməsinin tərəfdarıdır: “Konstitusiyaya (Anayasa) Nəzarət Şurası Musəvi və Kərrubidən başqa seçkiyə qatılmaq istəyənlərin, iki il əvvəlki prezident seçkisi böhranı ilə əlaqədar olanların səlahiyyətini rədd etməməlidir. Musəvinin seçki qərargahının üzvü olmaq günah deyil. Bu bəhanə ilə kimsənin səlahiyyətini rədd etmək olmaz. Nəzərə almaq lazımdır ki, insanların bu qərargahda fəaliyyət göstərməsi qanuni idi. Necə ki hər bir vətəndaşın dövlət əmlakına ziyan vurmamaq şərti ilə seçki nəticəsinə etiraz bildirməsi də qanunidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar