SON XƏBƏRLƏR

Əhməd Obalı: “Önəmli olan Qurultayda Güneylilərin problemlərindən danışmaqdır” - Video Görüntü

2021.10.20, 07:36
Əhməd Obalı: “Önəmli olan Qurultayda Güneylilərin problemlərindən danışmaqdır” - Video Görüntü

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyası “Həftə sonu” proqramının növbəti buraxılışını diaspor fəaliyyətinə, İran-Azərbaycan münasibətlərinə həsr edib.

Proqramın qonağı olan Güney Azərbaycan Televiziyasının başqanı Əhməd Obalı güneylilərin dünya azərbaycanlılarının Bakı qurultayına çağırılmamasına belə münasibət bildirib: “Qurultaya güneylilərin dəvət olunmamasından narahat deyiləm, önəmli olan onların problemlərindən danışmaqdır. Arzumuz budur ki, Azərbaycan dövləti Güney mövzusunu birbaşa və ya dolayı yolla hər zaman gündəmdə saxlasın. Bakıda bu haqda müzakirələrin getməsi vacibdir. Çünki güney azərbaycanlılarının məsələsi 5 ildən bir çağırılan qurultayla çözüləsi deyil. Əsas odur ki, Azərbaycan dövlətinin Güney Azərbaycan siyasəti olsun”.

 

 Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə tənqidi yanaşan Əhməd Obalı qurumun diasporu anlamadığını vurğulayıb: “Komitə üzvü xarici ölkəyə gedib bir həftə qalmaqla diasporun fəaliyyətini, dərdini anlaya bilməz. Komitə üzvləri kimlərlə görüşür və bu görüşləri kimlər təyin edir? Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycana və azərbaycançılığa xeyri yoxdur. Komitə xaricdəki diaspor qurumlarını daha çox bir-birindən ayırmaqla məşğul olur, təfriqəçilik güclənir. Komitə az qala 10 ildir fəaliyyət göstərir. Bu 10 ildə nə nəticə qazanılıb? Qazana biləcəklərimizlə uduzduqlarımızı tərəziyə qoysaq, təəssüf ki, ikinci ağır gələr. Komitəyə yenilik lazımdır, diaspora baxış dəyişməlidir”.

 

 İran-Azərbaycan münasibətlərinə toxunan Əhməd Obalı deyib: “Azərbaycan dövləti heç zaman İranın dostu ola bilməz. Bu mümkün deyil. Çünki Güney Azərbaycan amili var. İran strateqləri qeyd edirlər ki, Tehran Ermənistan-Azərbaycan münaqişəsində İrəvanın yanında yer almaq məcburiyyətindədir. İranda anlayırlar ki, hətta indiki durumda, yəni Bakının xüsusi siyasəti olmadığı halda belə Şimali Azərbaycanın Güneyə böyük təsiri var. İranın qarısında dursan, o da duracaq, yox, qarşısından qaçsan, səni öldürməyənə qədər əl çəkməyəcək. Onu qovalamaq lazımdır”.

 

 Əhməd Obalı güneylilərin Bakıda üzləşdikləri sıxıntılardan da söz açıb: “Azərbaycan məmurları heç olmasa güneylilərdən rüşvət almağı yığışdırmalıdır. Azərbaycan prezidentinin əmri var, ona riayət etsinlər. Güneyli sərhəddən Azərbaycana keçdikdə bu problemlə üzləşməməlidir”. Media forum

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar