SON XƏBƏRLƏR

Avropa İttifaqı: ““Qəddafi məşruiyyətini itirib və dərhal hakimiyyətdən imtina etməlidir”

2021.10.20, 07:36
Avropa İttifaqı: ““Qəddafi məşruiyyətini itirib və dərhal hakimiyyətdən imtina etməlidir”

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri Müəmmar Qəddafi dərhal hakimiyyətdən getməlidir.

Gün.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu bazar ertəsi Brüsseldə növbəti görüşlərini keçirən Avropa İttifaqına üzv 27 ölkənin xarici siyasət idarələrinin rəhbərləri bəyan ediblər. 

 

“Qəddafi legitimliyini (məşruiyyətini) itirib və dərhal hakimiyyətdən imtina etməlidir”, - Liviyada vəziyyətin müzakirəsinin yekunlarına (sonuna) dair materiallarda (sənədlərdə, maddələrdə) deyilir.

 

 Nazirlər Liviyanın müxalif Milli Keçid Şurasını (MKŞ) qanuni siyasi qüvvə qismində tanıdıqlarını təsdiqləyiblər. Bundan başqa, onlar, MKŞ-nin Liviya rəhbərliyinin Avropadakı dondurulmuş maliyyə vəsaitlərindən istifadə etməsinin zəruriliyini təsdiqləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar