SON XƏBƏRLƏR

İran hakimiyyətinin ictimai şəbəkələri görən gözü yoxdur

2021.10.20, 07:36
İran hakimiyyətinin ictimai şəbəkələri görən gözü yoxdur

Gunaz.tv

GünAz TV: Diktarorlar bir qayda olaraq, söz, fikir və mətbuat azadlığından sözün həqiqi mənasında qorxur. Niyə? Çünki etdikləri çoxsaylı qanunsuzluqdan, törətdikləri cinayətlərdən ölkə əhalisinin xəbər tutmasını istəmirlər.

 

Cəmiyyətin xəbər tutması və olanlara münasibət bildirməsi isə belə rejimlərin dayaqlarının yıxılması ilə sonuclanır. Diktatorlar və belə  hakimiyyətdən bəhrələnənlər də həmin rejimlərin sadiq qullarına çevrilirlər.

 

Afrikanın Şimalında baş verənlər çağdaş informasiya vasitələrinin, texnologiyalarının gücünü bütün dünyaya nümayiş etdirdi.

 

Hələ 2009-cu ilin iyununda İranda keçirilmiş prezident seçksiqabağı kampaniya və ondan sonrakı dövrdə İran İslam Respublikasında (Cümhuriyyəti) cib telefonları vasitəsi ilə ismarıcların göndərilməsindən Tehran hakimiyyəti vahimələnmişdi. Ona görə də SMS-lərə nəzarəti həyata keçirməyə səy etdi.

 

Bu günlərdə isə İran rəhbərliyi «Google+» yeni ictimai şəbəkəsinin ölkə ərazisində yayılmasını «ABŞ-a (Amerika Birləşmiş Ştatlarına) xidmət edən casus şəbəkəsi» adlandıraraq, yasaqlayıb.

 

Ötən həftə isə hakimiyyət İslam Respublikasına (Cümhuriyyətinə) sərf etməyən minlərlə yeni vebsaytlara süzgəc sisteminin qoyulmasını gücləndirib. Hazırda 5 milyon internet –resursuna (mənbə, qaynaq) , o cümlədən BBC, CNN ölkədə yasaqlanmış informasiya vasitələrindəndir.

 

Bir müddət öncə İran ərazisində «Facebook» və «Twitter» mikrobloqu kimi məşhur ictimai şəbəkələrə bloklar qoyulub.

 

Hələ iyunda ABŞ «Çamadan internet» layihəsini həyata keçrməyə başladığını elan etmişdi. Vaşinqtonun qənaətincə, bu layihə Suriya, Liviya və İranda ictima, siyasi vətəndaşlara yardım məqsədi ilə həyata keçirilir. «Kölgə internet» sistemi layihəsi 2 milyon dollardır.

 

İranın ETTELAAT naziri Heydər Müslehinin sözlərinə görə, bu ABŞ-ın yeni «casus kiber savaşıdır».

 

«Biz ABŞ-ın uyğun belə fəaliyyətini öncədən anlamışdıq. Ona görə də bu sistemə uyğun mübarizə üsulu hazırladıq»-deyə, nazir söyləyib.

 

İslam Respublikası ölkə ictimaiyyətindən nəyi gizlətməyə çalışır və nəyə münasibətin bildirilməsini istəmir?

 

Bu məsələyə dair əzi xəbərləri diqqətinizə çatdırıq.

 

Neftdən gələn milyardlarla dolları istədiyi kimi xərcləməyi. İndiyə kimi ölkə vətəndaşlarına bu sahədə xərclənən pullarla bağlı açıqlama verilməyib.

 

Apellasiya Məhkəməsinin (dadqahe təcdide nəzər) Tehrandakı şöbəsi  İran və Kanada vətəndaşı, bloqçu Hüseyn Derəxşana çıxarılmış 19,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb. Deraxşan «İsrailə casusluq etməkdə, hökumət əleyhinə təbliğatda və dini hissləri təhqir etməkdə» günahlandırılaraq məhkum edilmişdi.

 

Deraxşan 2008-ci ilin noyabrında həbs olunub. Tehran məhkəməsi onu 2010-cu ilin sentyabrında (September) məhkum edib.

 

Qadın hüquq müdafiəçisi, Tehran Azad Universitetinin siyasi elmlər üzrə tələbəsi Fərnaz Kamali Tehran inqilab məhkəməsinə çağırılıb.Fərnaz Kamali «ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz toplantılara qatılmaqda» ittiham edilir.

 

«Los Ancelos times»i-in yazdığına görə, Yaponiyanın iri qaldırıcı kranlar (cərəssəqil)  istehsal edən “Tadano” şirkəti İranla bağladığı bütün müqavilələri ləğv edib.Şirkət bunu İranın “Tadano”dan aldığı kranlardan edamlar zamanı istifadə etməsi səbəb olub.

 

“İranın nüvəsinə qarşı birlik» beynəlxalq kampaniyasının rəhbəri, ABŞ-ın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatındakı) keçmiş nümayəndəsi Mark Volles “Los-Anceles Tayms” qəzetində dərc etdirdiyi məqaləsində bildirib ki, Yaponiya hökuməti İrandakı ictimai edamlarda “Tadano” şirkətinin istehsal etdiyi qaldırıcı kranlardan istifadə edildiyi üçün rəsmi Tehrana etiraz bildirib. Bundan sonra “Tadano” şirkəti İrana kran satmaqdan imtina edib və bu ölkə ilə bağladığı bütün müqavilələri ləğv edib.

 

2004-cü ildə 16 yaşlı yeniyetmə qız bu krandan asılımışdı. Birliyin əlaqələr üzrə direktoru Natan Karlton hesab edir ki, şirkət İran yolladığı məhsularından belə dramatik nəticələr verdiyindən xəbərsiz imişlər.Ancaq qeyd edək ki, Tehran hakimiyyəti 33 ilə yaxındır insanları belə kranlar vasitəsi ilə dar ağacından asır.

 

İranda narkotik (müxəddir) maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 30 nəfər dar ağacından asılıb. Məhbuslar iki mərhələdə Məşhəd şəhərinin Vəkilabad zindanında asılıblar.

 

Edamın günü və saatı ölümə məhkum edilənlərin ailə üzvlərindən və vəkillərindən gizli saxlanıb və onlar əvvəlcədən bu barədə məlumatlandırılmayıb.Əslində onların doğurdan da narkotik malların qaçaqçısı olduğu bilinmir. Çünki bu ölkədə vəklillərin fəaliyyəti belə «pəhrizlədir». Məhkəmə açıq keçirsə ona çeşidli münasibətlər olacaq. Tehran hakimiyyətinə bu lazımdır? Əlbəttə ki yox! Belə rejimlər «özləri doğub, özləri də göbəyini kəsirlər».

 

Söz və mətbuat azad olanda insanların dini inanclarından da hakimiyyət öz məqsədi üçün istifadə edə bilməz. İran İslam Respublikasının dini, siyasi –ideoloji mərkəzəi sayılan Qumun tanınmış din alimi ayətullah Mahmud Əmcəd jurnalistlərə deyib ki, İslam Respublikasının rəsmiləri yalan danışır, «insanların inancından sui-istiafdə edirlər».

 

Ölkə rəsmilərinin son vaxtlar öz çıxışlarında tez-tez İmam Zamanla (şiələrin inancına görə, qeybdə olan, nə vaxtsa qayıdıb bəşəriyyəti xilas edəcək 12-ci imam Həzrət Mehdi) əlaqədə olduqları haqdakı iddialarına toxunan ayətullah Əmcəd deyib: “Bu gün İmam Zamanla əlaqəsi, onunla gizli münasibəti olduğunu iddia edən hər kəs ağ yalan danışır. Heç kəs İmam Zamanın hüzuruna çatmır. Heç kəs bu iddianı irəli sürə bilməz.

 

İmam Zaman Cəmkəran quyusunda və ya digər yerdə deyil (İranda İmam Zamanın Qum şəhərindəki Cəmkəran quyusundan zühur edəcəyi dövlət səviyyəsində təbliğ olunur-S.S.). Onun fiziki baxımdan harada olduğunu biz bilmirik. Bu yalnız Allahın sirridir və özü onu məxfi saxlayıb. İmam Zaman gəlsə də, daima ondan dəm vuranlar onu tutub öldürərlər. Elə onun tərəfdarı olan bizim kimi şəxslər onu öldürər. Çünki biz Allaha deyil,nəfsimizə qulluq edirik. Əlimizdən nə gəlir edirik, nə qədər istəyirik yalan danışırıq. Əgər biz dünyada ədalətin bərqərar olunması üçün İmam Zamanın gəlməsini arzulayırıqsa, özümüz də gərək adil olaq. Adil adam isə heç vaxt yalan danışmaz və kiminsə şəxsiyyətinə pərəstiş etməz.

 

Gəlin ruhani paltarında xalqı aldatmayaq. İnsanlar hər şeyi başa düşür, dərk edirlər. İnsanları müəyyən müddətə qədər cəhalət içində saxlamaq mümkün olsa da, uzun müddətə bu, mümkün deyil. Bu işlərlə biz yalnız özümüzü aldadırıq. Bir ayağı gorda ola-ola ruhani paltarında yalan danışan şəxsə nə demək olar? Bilmirəm dünyəvi mənafeləri üçün bu qədər yalan danışanlar Allahın qarşısında necə cavab verəcəklər.

 

Dünyada ən böyük xəyanət insanları aldatmaqdır. Bundan böyük xəyanət yoxdur. İnsanlar möhtərəmdirlər. Allah onları sevir. Məhz buna görə peyğəmbərləri göndərib ki, onları hidayət etsinlər. Biz cəmiyyətimizdəki bütün bu eybəcərliklərdən qurtarmaq üçün Allaha, islama və dinə qayıtmalıyıq”.

 

Tehran hakimiyyəti bu sayaq gerçəkliklərin yayılmasının, ona mütəxəssis münasibətinin bildirilməsindən, ictimai qınaqın söylənilməsindən rahatsızdır. Ona görə də bütün texnologiyalardan (teknolojidən) yararlanaraq, alternativ informasiya qaynaqlarını boğur. Bunun üçün milyonlarla dollar xərcləyir.Ancaq «cidanı çuvalda» nə vaxtadək gizlədəcəklər? Axı, dünya günü-gündən kiçilir.

 

Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar