SON XƏBƏRLƏR

Suriyada etirazçı qırğını davam edir

2021.10.20, 07:36
Suriyada etirazçı qırğını davam edir

Gunaz.tv

GünAz TV: Prezident Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında toqquşma Homse şəhərində olub. Qanlı toqquşmalarda daha 30 nəfər öldürülüb.

 

Suriyada prezident Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında qanlı döyüşlər davam edir. Suriyanın üçüncü ən böyük şəhərlərdən biri hesab olunan Homse şəhərində baş verən toqquşma zamanı ən azı 30 nəfər həlak olub. Bu barədə məlumatı "France Press" agentliyi (ajansı) Suriyanın insan hüquqlarının müdafiəsi təşkilatlarından birinin nümayəndəsi Rami Abdel Rahmana istinadən yayıb.

 

 Qeyd edək ki, qanlı nümayişlərin mərkəzi olan Suriyada kütləvi toqquşmalar artıq mart ayından ölkədə geniş vüsət almağa başlayıb. Nümayişlər Suriyanın Deraa şəhərində başlayıb və daha sonra bütün ölkə boyunca yayılıb.

 

 Öz növbəsində Suriya hakimiyyəti etirazçılara təzyiq göstərmək məqsədi ilə hərbi texnikadan istifadə edir. Üç ay ərazində Suriyada baş verən aksiyalarda (yürüşlərdə) 1,35 mindən artıq insan həlak olub. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar