SON XƏBƏRLƏR

Sergey Lavrov 13 yaşlı azərbaycanlı qızın erməni terroru nəticəsində həlak olmasına münasibət bildirib

2021.10.20, 07:36
Sergey Lavrov 13 yaşlı azərbaycanlı qızın erməni terroru nəticəsində həlak olmasına münasibət bildirib

Gunaz.tv

GünAz TV: Tovuzda 13 yaşlı azərbaycanlı Aygün Şahmalıyevanın uşaq oyuncağına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olması faktı üzrə araşdırma aparılmalıdır.

 

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Bunu Moskvada Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında Sergey Lavrov bildirib.

 

Xarici İşlər Naziri Sergey Lavrov Rusiyanın Azərbaycan və Ermənistan cəbhə xəttində hər cür zorakılıq halına qarşı olduğunu bildirib.

 

Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların hazırkı mərhələsində atəşkəsin qorunması məsələsinə daha diqqətli yanaşmaq lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar