SON XƏBƏRLƏR

Azərbaycanın mədən və iqtisadi resursları (mənabe) İranın neft ehtiyatlarına bərabərdir

2021.10.20, 07:36
Azərbaycanın mədən və iqtisadi resursları (mənabe) İranın neft ehtiyatlarına bərabərdir

Gunaz.tv

GünAz TV: Bunu Şərqi Azərbaycanın sənaye və resusrlar (mənabe) idarəsinin rəisi cənab Musaferi bəyan edib.

 

Musaferi Təbrizdə İran Sənaye nazirliyinin bir qrup eksperti (karşünası) qarşısında “Saqi” həftəliyi jurnalistinin sualına cavab olaraq bəyan edib ki, Azərbaycanın mədən və iqtisadi resursları (mənabe) İranın neft ehtiyatlarına bərabərdir.

 

O jurnalistlər qarşısında əlavə edib ki, bu vilayətin (ostanın) mədən zəxirələri bəzi halda keyfiyyət baxımından dünyada az görünüb. Bunlar böyük iqtisadi potensial hesab olunur və yatırım olacağı (sərmayəquzari) təqdirdə İranın iqtisadiyyatını təmami ilə dəyişər.

 

Musaferi Şərqi Azərbaycanda qızıl, gümüş, perlit, kaolin, qurğuşun (sorb), dəmir, uranyum, daş kömür, sənaye torpaqları, atəşə torpaqları (nəsuz torpaqlar) və ... kimi zəngin mədənlərin olduğunu bildirib. O deyib ki, hər bir mədənşünas belə bir əzəmətli nemətdən heyrətə gəlir.

 

cənab Musaferinin sözlərinə görə, bütün bu iqtisadi potensialdan başqa əkinçilik baxımından Azərbaycanın verimli torpağıda qızıl kimi qiymətlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar